Naxçıvan türk liseyləri 16-cı məzunlarını yola saldı



Naxçıvan türk liseylərinin 16-cı məzun gecəsi keçirilib. Bu münasibətlə düzənlənən tədbirdə çıxış edən Naxçıvan Türk Liseylərinin baş direktoru Murat Çapan ölkəmizdə təhsilə göstərilən qayğıdan söz açıb. Onun sözlərinə görə, məhz bu qayğının nəticəsidir ki, 2009-2010-cu il tədris ilində Naxçıvan türk liseylərindən məzun olmuş 120 nəfər şagirddən 119-u ali məktəblərə qəbul olunub. Bu gün lisey məzunlarının sorağı dünyanın nüfuzlu təhsil ocaqlarından gəlir. 
O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Naxçıvan türk liseylərinə xüsusi diqqət ayırdığını vurğulayıb: “Onun köməkliyi ilə Naxçıvan türk liseylərində 3 tədris və 1 idman binası tikilərək və ya yenidən qurularaq istifadəyə verilib”. Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Rəşad Xudiyev də çıxışında son illər ölkəmizdə təhsil sahəsində önəmli işlər görüldüyünü, liseylərin ölkəmizdə yüksək reytinqli məktəblər sırasına daxil olduğunu qeyd edib. O da bunu muxtar respublikada təhsilə göstərilən qayğının əyani sübutu kimi dəyərləndirib.
Naxçıvan türk liseylərini iki qardaş ölkə arasında körpü adlandıran və bunun şahidi olduğunu vurğulayan Türkiyənin təhsil nazirinin müavini Timur Şeyhoğlu məzunlara uğurlar arzulayıb. Daha sonra o, Türkiyənin təhsil naziri Nimət Çubukçunun bu tədbirə ünvanladığı təbrik məktubunu oxuyub.
Türkiyəli millət vəkili Saffet Kaya çıxışına: “Türkiyə Azərbaycan üçün, Azərbaycan Türkiyə üçün vardır”, - sözləri ilə başlayıb. İki qardaş ölkə arasında əlaqələrin gündən-günə dərinləşdiyini vurğulayan Saffet Kaya Naxçıvan Türk Liseylərinin bu əlaqələrə öz töhfələrini verdiklərini bildirib. O, bu liseylərin fəaliyyətindən ətraflı xəbərdar olduğunu qeyd edib: “Bu cür uğurlar qazanmış şagirdlər yetişdirdikləri üçün liseylərdə çalışan müəllimlərə Türkiyə dövləti adından öz minnətdarlığımı bildirirəm”. Heydər Əliyevin “Bir millət - iki dövlət” sözlərini xatırladan millət vəkili bu məktəblərin də məhz ulu öndərin xeyir-duası ilə fəaliyyətə başladığını vurğulayıb. O, Heydər Əliyevi türk dünyasının lideri kimi xarakterizə edib. Saffet Kaya ölkə, eləcə də muxtar respublika rəhbərliyinə Naxçıvan-Türkiyə əlaqələrinin inkişafına göstərdiyi köməkliyə görə də minnətdarlığını bildirib: “Mən Azərbaycan Prezidenti İlham Əliyevə və Ali Məclisin Sədri  Vasif Talıbova liseylərə göstərdiyi diqqət və qayğıya görə dövlətim adından və öz adımdan minnətdarlığımı bildirmək istəyirəm”.
Tədbir çərçivəsində olimpiadalarda müvəffəqiyyət qazanmış şagirdlərə müxtəlif hədiyyələr də təqdim olunub.
Tədbir lisey şagirdlərinin hazırladıqları maraqlı bədii hissə ilə davam etdirilib. Tədbir məzunların “məzun kötüyü”nə xatirə mismarı çalması ilə başa çatıb.
Məlumat üçün bildirək ki, tədbirdə  türkiyəli millət vəkili Ali Günər, Türkiyənin təhsil nazirinin müavini E. Emin Gürkan, Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulunun müavini Işıl Işık Civelek, “Zaman-Azərbaycan” qəzetinin Naxçıvan Muxtar Respublikası üzrə təmsilçisi Süleyman Okumuş, eləcə də Türkiyənin müxtəlif vilayətlərindən gələn dövlət məmurları, sahibkarlar da iştirak ediblər. 
Qeyd edək ki, türk liseylərinin məzun törəninə qatılmaq üçün Naxçıvana gələn türkiyəli millət vəkilləri Saffet Kaya və Ali Günər və Türkiyə təhsil nazirinin müavinləri -Timur Şeyhoğlu və E. Emin Gürkan “Zaman-Azərbaycan” qəzetinin Naxçıvan təmsilçiliyini də ziyarət ediblər. “Zaman”ın təmsilçisi Süleyman Okumuş 20 illiyini qeyd edən qəzetimizin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib. 

http://www.zaman.az/az/newsDetail_getNewsById.action?sectionId=58&newsId=38306 

       
1992 yılında Nahçıvan'da eğitim-öğretim vermeye başlayan Nahçıvan Türk liseleri en son yapılan üniversite sınavında mezun 120 öğrencisinden 119'unu üniversiteye yerleştirdi..
Bugüne kadar 1000 öğrenci mezun veren Türk okullarından üniversite sınavını kazanan öğrencilerin birçoğu ODTÜ ve Boğaziçi gibi prestijli üniversitelere girdi..
Manevi değerlere bağlı, bilim ve teknoloji alanında üst düzeyde insanlar yetiştirmek gayesinde olan Nahçıvan Türk okulları ,kuruluşundan bu yana Uluslararası Bilim Olimpiyatları ve çeşitli yarışmalarda 48 altın, 49 gümüş ve 82 bronz olmak üzere toplam 179 madalya kazandı.

http://www.kure.tv/webtv/802-aktuel/nahcivan-turk-okullari-basarilariyla-goz-dolduruyorlar/69-Bolum/83877/

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF