“Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrində “Məzun Günü” şənliyi keçirilib
Ötən illərdə olduğu kimi “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrində, eləcə də Azərbaycan-Türkiyə Özəl Liseylərində Azərbaycan Respublikasının bərpasının 20-ci ildönümünə və 2010-2011-ci dərs ilinin başa çatmasına həsr edilmiş təntənəli “Məzun Gecələri” “Son zəng” keçirilib.
Sevindirici olduğu qədər unudulmaz xatirələrlə dolu məktəb illəri artıq sona çatdı. Dünən şagird olanlar bu gündən müstəqil həyata qədəm qoyurlar. Bununla əlaqədar olaraq Azərbaycan-Türkiyə Özəl Liseylərində “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında, “Dədə Qorqud”, Ağdaş, Mingəçevir, Quba, Şirvan, Sumqayıt, Bakı Özəl Türk Liseylərində, eləcə də Gəncə və Şəki Azərbaycan-Türkiyə Özəl Liseylərində “Məzun Günü” keçirilib.
Liseylərdə keçirilən “Son Zəng” tədbirlərində “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, “Qafqaz” Universitetinin rektoru prof. Ahmet Saniç, “Araz” Kursları Baş İdarəsinin rəisi İrfan Uzundemir, rayon ictimaiyyətinin nümayəndələri, liseylərin rəhbərləri, valideynlər və şagirdlər iştirak ediblər. Şənliklərdə çıxış edənlər “Çağ” Öyrətim İşlətmələrinin Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamasından, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə fəaliyyətinin genişləndirərək uğurla davam etdirməsindən, ölkə başçısının təhsilə olan diqqət və qayğısından, şirkətin tədris müəssisələrinin şagirdləri Respublika və Beynəlxalq Fənn Olimpiadalarında uğurla iştirak edərək Azərbaycan bayrağını dalğalandırmalarından, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, məzunlarının dünyanın bir çox ölkələrində təhsillərini davam etdirmələrindən, bu göstəricilərin daha da yüksəlməsi üçün lazımi şəraitin hazırlanmasından geniş söhbət açıblar.
Şənlikdə Beynəlxalq və Respublika fənn olimpiadalarında, idman yarışlarında qalib olan şagirdlərə hədiyyələr təqdim edilib. Sonra şagirdlər və məzunlar hazırladıqları mahnılar, müxtəlif rəqslər və seirlər söyləyiblər.