Eyni roman iki ölkədə çap edildi


Tanınmış Azərbaycan yazıçısı Vidadi Babanlı hələ sovet dövründə yazdığı "Vicdan susanda" adlı romanı ilə oxucu rəğbəti qazanıb. Bu roman dəfələrlə nəşr edilsə , əsərə olan maraq azalmayıb. Fərəhlidir ki, müəllifin "Vicdan susanda" romanı yaxın günlərdə iki qonşu ölkədə işıq üzü görüb.
Türkiyəli oxucular da Azərbaycan yazıçısının əsərinə öz rəğbətlərini bildiriblər. Qafqaz Universiteti Yayınları layihəsi çərçivəsində "Vicdan sustuğunda" adı altında çap edilən məşhur əsəri Türkiyə türkcəsinə uyğunlaşdıranı doktor Ərdar Karaman, yayım rəhbəri doktor Məmmədəli Babaşlıdır.
Professor Cihan Okunyucunun yeni nəşrə yazdığı maraqlı ön sözdə deyilir. "Bir araşdırma mərkəzindəki müəllim tərbiyəçilərin daxili çəkişmələrindən bəhs edən "Vicdan susunca" bu əsas hədəf ətrafında haradasa bütün insani münasibətlərə, bu münasibətlərin çoxçeşidliyinə yer verir. İntəhasız eşq, əxlaq, vəfa, sədaqət, qısqanclıq, yalan, şöhrət, güc, kin, fədakarlıqQısaca, yaxşı pis olan hər bir şeyRomanda məsələnin yaxşı tərəfini qəbul edilmiş bir şöhrət, nüfuz sahibi olan professor Söhrab onun qeyrətli assistenti Vüqar təmsil edir. Qarşı tərəfdə isə elmi əxlaqını şəxsi ehtiraslarına qurban verən bunu edərkən normal mübarizə əxlaqını tapdamış olan professor Bəşir Bəşirli bulunmaqdadı. Orta nəsli təmsil edən Ziya Lələyev isə hakim gücə görə mövqeyini dəyişənin biridi. Professor Bədirbəyli rəqibi olan professor Söhrabı sındırmaq üçün onun gənc assistenti Vüqarı əzmək elmi həvəsini söndürmək istəyir…"
Ön söz müəllifi əsərin məzmununu özünəməxsus şəkildə şərh etdi. Yazır ki, bu maraqlı romanı oxuduqca, burada yazılanların vaxtilə özünün təhsil aldığı universitetdə üzləşdiyi hadisələr, baş verən çəkişmələrlə necə səsləşdiyini görüb: "İndi iyirmi yaşında olan gənclər bu əsərdə bəhs edilən siyasi rejimi yaşadılar, gördülər. Buna görə roman çağdaş gənclik tərəfindən böyük maraqla oxunur bəyənilir…"
"Vicdan susanda" romanı həm Tehranda nəfis tərtibatla işıq üzü görüb. Romanın üzünü fars əlifbası ilə Taymaz Taymazlı köçürüb. Sovet pedaqogikasından, elm adamlarının, yaradıcı insanlarımızın gündəlik həyatından, kommunist ideologiyasının basqıları altında çarpışanların yaşam tərzindən, haqla haqsızın savaşından bəhs edən romanın qonşu dövlətin oxucuları tərəfindən maraqla qarşılanacağına şübhə yoxdur.
 
Azərbaycan.- 2011.-  15 mart.- S.  8.
http://www.anl.az/down/meqale/azerbaycan/2011/mart/163517.htm

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF