Qafqaz Universitetində məzun günü keçirilib
Qafqaz Universitetində 2011-2012-ci tədris ilinin yekunlarına həsr olunan tədbir keçirilib.
Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru Ahmed Saniç bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağını bu il mühəndislik üzrə 106, hüquq üzrə 14, iqtisadiyyat üzrə 150, pedaqoji fakültədən 170 məzun bitirir. Magistratura pilləsini isə 70 məzun başa vurur. Rektor əlavə edib ki, Qafqaz Universitetinin tələbələri dünyanın 45 ölkəsində işləyir və təhsil alır: “Bu gün burada məzun gecəsi keçirməmizin səbəbi sizlərsiniz. Bizlər sizləri sabahlara hazırlayırıq. Əziz gənclər. Bu gün elm insanın xəyal etdiklərindən də çox sürətlə irəliləyir. Bu gündən dünənin dünyasında yaşamırıq. Sabah isə bu günün dünyasında yaşaya bilmərik. Elmi biliklərimizi birləşdirib daha gözəl niyyətlər əldə edək. O zaman daha savadlı olacağıq. Bu düşüncə ilə sizi həyat məktəbinə yola salırıq. Yolunuz açıq olsun”.
Rektor əlavə edib ki, Qafqaz Universiteti 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə yaradılıb: “Məzunların saylarının bu həddə çatmasına baxmayaraq, tədris müddəti ərzində tələbələrə hər cəhətdən yüksək qayğı göstərən universitet məzun olduqdan sonra da onlara diqqət və qayğısını əsirgəmir”. A.Saniç qeyd edib ki, Qafqaz Universiteti tələbələrə təhsil verməklə yanaşı onların asudə vaxtlarını səmərəli keçirməsi üçün dərnəklər fəaliyyət göstərir. Hazırda universitetdə 24 tələbə dərnəyi var və tələbələrin 65 faizi bu dərnəklərin üzvüdür. A.Saniç bildirib ki, hazırda Amerika və Avropanın bir sıra nüfuzlu ali təhsil müəssisələri Qafqaz Universitetindəki tədris sistemini öyrənir, tədrisin müasir standartlara uyğun yüksək ixtisaslı mütəxəssislər tərəfindən aparıldığını nəzərə alaraq universitetlə partnyorluq əlaqələri qurmağı təklif edirlər.
Təhsil nazirinin müavini Elmar Qasımov universitetin fəaliyyəti və onun uğurlarından bəhs edib, məzunlara uğurlar arzulayıb: “İnanıram ki, bitirdiyiniz bu təhsil ocağı sizin həyatınızda unudulmayacaq izlər buraxıb. Dünyanın hansı bölgəsində olunsunuzsa olun öz universitetinizi yaddan çıxarmayın”.
Çağ Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən isə ümid etdiyini bildirib ki, məzunlar gələcək fəaliyyətlərində ölkəmizin gələcəyi üçün əllərindən gələni əsirgəməyəcəklər.
S.QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=19&id=31188