Vicdanlar dil açınca

    Tanınmış yazıçı, Azərbaycan nəsrində və poeziyasında xüsusi dəst-xətti olan Vidadi Babanlının geniş oxucu kütləsinə yaxşı tanış olan "Vicdan susanda" romanı yaxın günlərdə Tehranda nəfis tərtibatla işıq üzü görüb. Romanın üzünü fars əlifbası ilə Taymaz Taymazlı köçürüb. Bir ucu da sovet pedaqogikasından, elm adamlarının, yaradıcı insanlarımızın gündəlik həyatından ağır dirənişləri ilə keçən kommunist ideologiyasının basqıları və yaşam tərzinin romandakı təsvirinin qonşu dövlətin sənətsevərləri tərəfindən maraqla qarşılanacağına inamlıyıq.
V.Babanlının eyniadlı əsəri "Vicdan sustuğunda" adı altında Qafqaz Universiteti Yayınları layihəsi çərçivəsində də işıq üzü görüb. Məşhur əsərin Türkiyə türkcəsinə uyğunlaşdıranı Dr.Ərdal Karaman, yayım rəhbəri dr.Məmmədəli Babaşlıdı.
Professor Cihan Okunyucunun yeni nəşrə yazdığı maraqlı ön sözdə deyilir: "Bir araşdırma mərkəzindəki müəllim və tərbiyəçilərin daxili çəkişmələrindən bəhs edən "Vicdan susunca" bu əsas hədəf ətrafında hardasa bütün insani münasibətlərə, bu münasibətlərin çoxçeşidliyinə yer verir. İntəhasız eşq, əxlaq, vəfa, sədaqət, qısqanclıq, yalan, şöhrət, güc, kin, fədakarlıq… Qısaca, yaxşı və pis olan hər bir şey… Romanda məsələnin yaxşı tərəfini qəbul edilmiş bir şöhrət, nüfuz sahibi olan professor Söhrab və onun qeyrətli assistenti Vüqar təmsil edir. Qarşı tərəfdə isə elmi əxlaqını şəxsi ehtiraslarına qurban verən və bunu edərkən də normal mübarizə əxlaqını tapdamış olan professor Bəşir Bəşirli bulunmakdadı. Orta nəsli təmsil edən Ziya Lələyev isə hakim gücə görə mövqeyini dəyişənin biridi. Professor Bədirbəyli rəqibi olan professor Söhrabı sındırmaq üçün onun gənc assistenti Vüqarı əzmək və elmi həvəsini söndürmək istəyir…"
Ön söz müəllifi əsərin məzmununu özünəməxsus bir duyarlıqla davam etdirir. Vurğulayır ki, bu maraqlı romanı oxuduqca, burada yazılanların vaxtilə özünün də təhsil aldığı universitetdə üzləşdiyi hadisələr, baş verən çəkişmələrlə necə də səsləşdiyini görüb: "İndi iyirmi yaşında olan gənclər bu əsərdə bəhs edilən siyasi rejimi nə yaşadılar, nə də gördülər. Buna görə də roman çağdaş gənclik tərəfindən də böyük maraqla oxunur və bəyənilir…"
İnanırıq ki, bu gözəl roman bütün dövrlər üçün öz təravətini beləcə hifz edəcək.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF