Türkiyədə IX Beynəlxalq Türk Dili Olimpiadasında Azərbaycanlı məktəblilərin çıxışları böyük maraqla qarşılanır


Bakı, 22 iyun (AzərTAc). Türkiyədə IX Beynəlxalq Türk Dili Olimpiadası keçirilir. 
Olimpiadada dünyanın 130 ölkəsindən, o cümlədən Azərbaycandan olan məktəblilər iştirak edirlər. İyunun 19-da Ankara şəhərinin Altınparkında müxtəlif kateqoriyalar üzrə davam edən yarışmalarda da azərbaycanlı şagirdlər xüsusi fəallıq göstərmişlər. 
AzərTAc xəbər verir ki, Azərbaycana həsr olunan guşədə milli-mənəvi dəyərlərimizi əks etdirən fotosərgilər, əl işləri, ölkəmizi tanıtdıran stendlər böyük maraqla qarşılanmışdır. Eyni zamanda, burada məktəblilərimiz türkcə şerlər söyləmiş, mahnılar ifa etmişlər. 
Açılış mərasimində “Çağ” Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz beynəlxalq olimpiadanın əhəmiyyətindən danışmış, şeir, mahnı, rəqs və digər kateqoriyalar üzrə keçirilən bu yarışmalarda azərbaycanlı şagirdlərin uğurlu nəticələr qazanacaqlarına əminliklərini diqqətə çatdırmışlar. 
Olimpiadanın təşkilatçılarına təşəkkürünü bildirən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov məktəblilərimizə uğurlar arzulamışdır. 
Tədbir iştirakçıları Azərbaycana həsr olunmuş guşə ilə tanış olmuşlar. 
Beynəlxalq olimpiada iyunun 30-da başa çatacaqdır.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF