X RESPUBLİKA UNİVERSİADASI idman yarışlarının qaliblərinin mükafatlandırma mərasimi keçirildi
Bugün Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyası binasının akt zalında Ali Təhsil Müəssisələrinin arasında X RESPUBLİKA UNİVERSİADASI idman yarışlarının qaliblərinin mükafatlandırma mərasimi keçirilmiştir.Tədbirdə Milli Olimpiya Komitəsinin vitse prezdenti Çingiz İsmayılov, Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun Müdiri Aydın Məmmədov ,Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının prezdenti Səttar Mehbalıyev və Gənclik Tələbə İdman Cəmiyyətinin Respublika Şurasının sədri Tofiq Xanəliyev iştirak etmişlərdir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gənclik Tələbə İdman Cəmiyyətinin Ali Təhsil Müəssisələrinin arasında
X RESPUBLİKA UNİVERSİADASI çerçivəsində keçirdiyi idman yarışlarında Qafqaz Universiteti İdman Klubu komandaları topladığı 197 xalla ümumi yəkun nəticədə 26 universitet arasında 9-cu yər , özəl ali təhsil məktələri arasında isə 1-ci yərə çıxmışdır.
Qeyd edək ki, Respublika üzrə universitetin oğlanlardan ibarət Voleybol komandası 3-cü yər , Stolüstü tennis komandası (kişi-qadın) 2-ci yər , Basketbol (oğlanlar) komandası 4-cü yər, Cüdo komandasında isə 100 kg çəki dərəcəsində Bəhruz Əhmədov 3-cü yər , Dama və Şahmat komandalarımız isə 5-ci yər tutdular.
Universitetimizin idman klubu komandalarını və idmançılarını bu mötəbər yarışlarda uğurlarına görə təbrik edirik və gələcək yarışlarda uğurlar arzulayırıq.
Qafqaz Universiteti Səhiyyə,mədəniyyət və İdman İdarəsi