Uğura aparan lokomotiv - Araz Kursları

Artıq 20 ildir ki, Araz Kursları ali məktəblərə hazırlaşan abituriyentlərin orta məktəblərdə əldə etdikləri bilik və bacarıqlarını xüsusi hazırlıqla yenidən möhkəmləndirərək artırmasında əvəzsiz imkana malikdir. Fəaliyyətə başladığı ilk gündən yalnız Bakı şəhərində bir şöbəyə malik olan Araz Kursları hazırda respublikamızın 10 müxtəlif şəhər və rayon mərkəzlərində 13 şöbə ilə fəaliyyətini davam etdirir. Bunlar paytaxtdakı Bakı, Xətai, Sabunçu, Nərimanov, habelə respublikamızın digər bölgələrində fəaliyyət göstərərən Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Lənkəran, Şəki, Zaqatala, Şamaxı və Qax Araz Kurslarıdır.
Araz Kurslarının kollektivinin əksəriyyəti gənc, savadlı və təcrübəli müəllimlərdən ibarətdir. Bu təhsil müəssisəsində çalışan kadrlar öz ixtisaslarını yüksək səviyyədə bilən mütəxəssislər arasından seçilir. İxtisas imtahanından uğurla keçən müəllimin dərsi kurs rəhbərliyi və fənn metodistləri tərəfindən dinlənildikdən sonra işə qəbul olunur. Peşə hazırlıqlarını artırmaq məqsədi ilə müəllimlər üçün mütəmadi seminarlar təşkil edilir. Bu məqsədlə hər rübdə zona, il ərzində respublika üzrə üç dəfə seminarlar təşkil olunur. Müəllimlərin həvəslə qatıldıqları bu fənn seminarlarında tədrisin nəzəri və praktik məsələləri müzakirə edilir.
Ali məktəblərə qəbul imtahanına yüksək səviyyədə hazırlaşmağı hədəfləyən əksər IX, X və XI sinif şagirdləri və orta məktəb məzunlarının seçiminin Araz Kursları olması buradakı təhsilin yüksək keyfiyyətindən xəbər verir. Bu uğura bütün fənlərin sistemli və kompleks şəkildə tədrisinin sayəsində nail olunub. Dərslər 12-16 nəfərlik qruplar halında həftədə 3 dəfə olmaqla tədris edilir. Tədris proqramı orta məktəb dərsliklərinə əsaslanaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının elan etdiyi qəbul proramlarına görə tətbiq edilir. Tədris prosesi zamanı dinləyicilər təcrübəli müəllimlərin köməyi ilə həm nəzəri biliklərə yiyələnir, həm də bu biliklərin test üzərində tətbiqini qavrayır. Ciddi bir tədris prosesinə tabe edilən dinləyicilər həftəlik mövzu testləri ilə hər həftənin sonunda sınağa çəkilir. Hər ay abituriyentlərin ümumi biliklərinin yoxlanılması məqsədi ilə imtahan keçirilir. 125 test tapşırığından ibarət bu imtahan vasitəsilə abituriyentlər çəkdikləri zəhmətin nəticəsini görür və yol verdikləri səhvlərin üzərində yenidən işləmək şansı qazanırlar.
Fəaliyyətə başladığı ilk gündən Türkiyədə uzun illər qazanılmış test təcrübəsini Azərbaycanda tətbiq edən Araz Kursları ali təhsil əldə etmək istəyən hər bir abituriyent üçün uğura aparan bir lokomotiv rolunu oynamaqdadır. 20 il ərzində Araz Kurslarının məzunlarından 169-u Prezident təqaüdünə layiq görülüb, ümumilikdə 1664 nəfər isə 600 baldan yüksək nəticə göstərib. Bununla yanaşı, respublikamızın təhsil marafonunda dəfələrlə ən yüksək pilləyə sahib olan kursun məzunlarından doqquzu - Rüfət Babayev (I qrup, 2008-ci il) Nəriman Məmmədli, Günel Abdullayeva (I qrup, 2010-cu il), İlkin Mənsimov, İsmayıl Məmmədov (II qrup, 2010-cu il), Aydan Həsənova (IV qrup, 2010-cu il) Xavər Feyzullayeva, Cahandar Camallı (I qrup, 2011-ci il) və Nərgiz Məzahirqızı (II qrup, 2012-ci il) maksimal nəticə göstərərək 700 bal toplayıblar.
Bu il respublikamızda 102 nəfər Prezident təqaüdünə layiq görülüb ki, onların da 32 nəfəri Araz Kurslarında hazırlıq keçib tələbə adını qazanmış abituriyentlərdir. Bu da təqribən 102 Prezident təqaüdçüsünün hər üç nəfərdən birinin Araz Kurslarının məzunu olduğunu göstərir.
Abituriyentlərin uğur qazanmasında Araz Kurslarının nəşrlərinin də payı çoxdur. Araz Yayınlarının dərs vəsaitləri dinləyiciləri qəbul proqramına uyğun olaraq yığcam, sistemli və sanballı şəkildə mövzularla tanış edir. Kursun nəşr etdirdiyi test bankları abituriyentlərə test vərdişlərinin aşılanmasında böyük köməklik göstərir. Bu dərs vəsaitləri həm Azərbaycan, həm də rus bölmələri üçün nəzərdə tutulub.
Daim yeniliklərlə abituriyentlərə yardımçı olan Araz Kursları yeni bir “Videohəllər” layihəsinə imza atıb. Artıq kursun sınaq imtahanlarında iştirak edən hər bir abituriyent imtahanlarda istifadə olunan test tapşırıqlarının həlli və şifahi izahı ilə heç kimin köməyi olmadan imtahandan cəmi iki saat sonra tanış ola bilər. Belə ki, www.araz.edu.az saytına daxil olan istənilən şəxs imtahan adını, qrupunu, test kitabçasının variantını və istədiyi test tapşırığının nömrəsini seçməklə testlərin təcrübəli müəllimlər tərəfindən mükəmməl izahı ilə onlayn şəkildə tanış ola bilər. Bəylər Məcıdov
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=45004

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF