«Azərikimya»da Qafqaz Universitetinin rəhbərliyi ilə görüş keçirilmişdir
Sumqayıt, 29 sentyabr ( AzərTAc). Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyində (İB) Qafqaz
universitetinin rəhbərliyi ilə görüş keçirilmişdir.
Birliyin mətbuat xidmətindən AzərTAca bildirmişlər ki, görüşdə gələn il ARDNŞ–nin təşkilatçılığı və dəstəyi ilə «Azərikimya» İB-in, Qafqaz Universitetinin, həmçinin neft-kimya müəssisələri nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan elmi-praktik konfransın təşkili ilə bağlı məsələlər müzakirə edilmişdir.
Görüşdə neft-kimya sahəsində çalışan elm adamlarının və istehsalat nümayəndələrinin iştirak edəcəyi konfransın həm elmi və həm də praktiki baxımdan mühüm əhəmiyyət kəsb edəcəyi vurğulanmışdır.

«Azərikimya»
İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı
Muxtar Babayev və Qafqaz universitetinin rektoru, professor Ahmet Saniç
keçiriləcək bu böyük tədbirlə bağlı görüləcək təşkilatı işləri müzakirə
etmiş, fikir mübadiləsi aparmış, onun bütün tərəflər üçün səmərəli
olması məqsədilə bir sıra təkliflər irəli sürmüşlər.