Azərikimya və Qafqaz Universitetinin rəhbərliyi görüşüb
«Azərikimya»dan «APA-Economics»ə verilən məlumata grə, görüşdə gələn il
Azərbaycan Dövlət Neft Şirkətinin təşkilatçılığı və dəstəyi ilə
«Azərikimya» İB-nin, Qafqaz Universitetinin, həmçinin neft-kimya
müəssisələri nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan
geniş miqyaslı elmi-praktik konfransın təşkili müzakirə edilib.
Görüşdə neft-kimya sahəsində çalışan elm adamlarının və istehsalat nümayəndələrinin iştirak edəcəyi konfransın həm elmi, həm də praktiki baxımdan mühüm əhəmiyyət kəsb edəcəyi bildirilib. «Azərikimya» İstehsalat Birliyi Müşahidə Şurasının sədri Muxtar Babayev və Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç keçiriləcək bu böyük tədbirlə bağlı görüləcək təşkilati işləri müzakirə edib, fikir mübadiləsi aparıb, onun bütün tərəflər üçün səmərəli olması məqsədilə bir sıra təkliflər irəli sürüblər.