Qafqaz Universitetinin 20 tələbəsi Prezident Təqaüdünə layiq görüldü

2010-2011 tədris ilində 102 prezident təqaüdünə layiq görülən
tələbələrin 25- i Qafqaz Universitetinin tələbəsidir. 2010-2011 ci
tədris ilində 7 tələbə 700 bal toplamış onlarında 4-ü Qafqaz
Universitetini seçmiş. 2011-2012 tədris ilində yenə 102 tələbə Prezident
təqaüdünə layiq görülüb onlarında 25 –i Qafqaz Universitetinin
tələbəsidirlər. 2011-2012 ci tədris ilində 700 bal toplayan 4 tələbənin
4-də Qafqaz Universitetinin tələbəsidir . Bu il də 2012-2013-cü tədris
ilində 5 abituriyent 700 bal toplayıb onların da 2-i Qafqaz
Universitetini seçib.
2012-2013-ü tədris ilində Qafqaz Universitetinə
670 tələbə qəbul olmuşdur. Onların 52 nəfəri 650 baldan yuxarı, 152
nəfəri 600-dən yuxarı bal toplamışlar.
2012-2013-cü tədris ilində
Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə
Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası
Prezidenti Sərəncam imzalamışdır. Sərəncamda deyilir: Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan
Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis
edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanına
əsasən 2012-2013-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas
qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan
Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident
təqaüdü verilirki . O, tələbələrin də 20 -i Qafqaz universitetini
tələbələridir.
http://www.movqe.az/v5/5741/Qafqaz_Universitetinin_20_tələbəsi_Prezident_Təqaüdünə_layiq_gör