İki 700 bal Qafqazda



Qafqaz Universitetində “Bilik günü” münasibətilə açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, Qafqaz Universitetində “Bilik günü” münasibətilə yeni tədris ilinin ənənəvi açılış mərasimi keçirilib. Mərasim şəhidlik zirvəsinə ucalmış vətən övladlarının xatirəsinin yad edilməsi və Azərbaycan Türkiyə Respublikalarının Dövlət Himnlərinin oxunmasıyla başlayıb.
Bu il Qafqaz Universiteti üçün xüsusilə əlamətdardır. 2012-2013-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında maksimal nəticə göstərərək 700 bal toplayan 5 nəfərdən 2-i təhsillərini seçdikləri ixtisaslar üzrə davam etdirmək məqsədi ilə məhz Qafqaz Universitetini seçiblər.
Mərasimdə Qafqaz Universitetinin rektoru Prof. Dr. Ahmet Saniç, Çağ Öyrətim İşlətmələri şirkətinin prezidenti Dr. Ənvər Özərən, Universitetin Tədris İşləri üzrə prorektoru Prof. Dr. Cihan Bulut və Elmi İşlər üzrə prorektor Prof. Dr. Niftalı Qocayev çıxış edərək tələbələrə yeni tədris ilində uğurlar arzulayıblar.
Daha sonra 700 bal toplayan tələbələrə kompüter hədiyyə olunub. Hədiyyələri təqdim edən Millət vəkili Kamilə Əliyeva və Abşeron Rayonu İcra Başçısının müavini Sərviz Süleymanov tələbələri təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb. Qəbul imtahanlarında 700 bal toplayaraq Qafqaz Universitetinin Dünya iktisadiyyatı fakultəsinə daxil olan Nərgiz Məzahirqızı və Sənayenin Təşkili və İdarəetmə fakultəsinə daxil olmuş Orxan Səfərov çıxış edərək, bu təhsil ocağını ən müasir tələblərə cavab verən, dünya standartlarına uyğun tədrisi ilə fərqləndiyi üçün seçdiklərini qeyd etdilər. Açılış mərasimi bədii özfəaliyyət kollektivlərinin maraqlı çıxışları ilə davam edib.                                                   Könül Kamilqızıhttp://sia.az/az/news/education/312396 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır