Yeni tədris ili möhtəşəm nailiyyətlərlə başladı
Sentyabrın
11-15 də Türkmənistan Respublikasının paytaxtı Aşqabad şəhərində 4-cü
Beynəlxalq İnformatika Layihə Olimpiadası (İCPO -2012) keçirilmişdir.
Türkmənistanın Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş bu layihə
olimpiadasında 41 ölkədən 220 şagird 94 layihə ilə iştirak ediblər.
Olimpiadada Azərbaycan -Türkiyə Özəl Liseylərinin şagirdləri 4 layihə
ilə iştirak ediblər.
“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyanın
şagirdləri Turac Abbaszadə və Aytac Abbaszadə qızıl medallara, Quba Özəl
Türk Liseyinin şagirdləri Sultan Sultanov və Nihad Nəsrullayev eləcə də
“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyanın şagirdi Emin Qayıbov
gümüş, “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyanın şagirdi Elmin
Əliyev bürünc medala layiq görülüblər. Beləliklə ölkəmizi ləyaqətlə
təmsil edən şagirdlərimiz Vətənə 2 qızıl, 3 gümüş və 1 bürünc olmaqla 6
medal ilə geri dönmüşlər. Bu münasibətlə şagirdləri, müəllimləri,
valideynlərini və ümumiyyətlə Azərbaycan təhsil işçilərini bu möhtəşəm
nailiyyətlərə görə təbrik edirik.
Yeni tədris ilini nailiyyətlərlə
başlayan şagirdlərimizə bundan sonrada iştirak edəcəkləri bütün
beynəlxalq layihə və fənn olimpiadalarında müvəffəqiyyətlər diləyirik.