BMT-nin Azərbaycandakı nümayəndəsi F. Akçura Qafqaz Universitetində olub


Sentyabrın 28-də Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəsi Fikret Akçura Qafqaz Universitetini ziyarət etdi. Ziyarət zamanı rektor Ahmet Saniç Universitetin  fəaliyyəti barədə ətraflı məlumat verərək bildirib ki, Universitet Azərbaycanda savadlı, müasir biliklərə malik gənclərin yetişdirilməsində öndə olan Universitetdir. Rektor universitetin gələcək hədəflərindən bəhs etdi.
Görüşdən sonra rektor Ahmet Saniç və  Universitetin İçtimaiyyətlə əlaqələr üzrə prorektoru Uğur Arif Bölək  BMT-nin Azərbaycandakı nümayəndəsi F. Akçuraya universitetin rektorluq binası və 2012-ci ildə yenicə   istifadəyə verilən İktisadiyyat fakultəsinin  yeni tədris binası ilə tanış etdilər. 
F. Akçura dedi ki, “Qafqaz  Universitetinə  ikinci dəfədir gəlirəm, hər gəldiyimdə  yeni–yeni tədris mərkəzləri ilə tanış oluram və bu məni sevindirir. Qafqaz Universitetinin  təhsil sahəsindəki yüksək nüfuza malik olmasından məmnun olduğunu bildirib”. 
F. Akçura 2012-2013-cü yeni tədris ilinin başlaması ilə əlaqədər olaraq Qafqaz Universiteti və Çağ Öyrətim İşlətmələri şirkətinin bütün tədris muəssisələrinə təhsildə uğurlar arzulayıb. Ziyarətin sonunda qonağa Universitetinin Rektoru Ahmet Saniç tərəfindən təşəkkür plaketi və tələbələrin çəktikləri rəsm tablosu hədiyyə olundu.
 http://qu.edu.az/view_news.php?news=2539&link=224&lang=az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF