“Çağ Öyrətim”dən gənclərə sərt mesaj




“Çağ Öyrətim İşlətmələri” şirkətinin prezidenti Ənvər Özərən xaricdə təhsil almağa gedən gənclərə müraciət edib. SİA-nın xəbərinə görə, Ə.Özərən gəncləri bu sahədə daha aktiv olmağa səsləyib. Onun fikrincə, Azərbaycan yüksək təhsil verildiyi halda gənclərin oxumaq üçün xaricə uz tutmasına ehtiyac yoxdur.
“Ola bilər ki, onlar magistr və ya doktorantura təhsili almaq üçün xaricə gedə bilərlər. Amma biz xaricdəki bakalavr səviyyəsi üzrə təhsili Azərbaycana gətirmişik. Bundan isə istifadə etmək lazımdır. Amma ölkədə mövcud olanları görmədən xaricə getmək iqtisadiyyata zərər, ailənin cibinə yükdür. Buna görə də insanların mühitə uyğunlaşmadan xaricdə oxumağa getməsi müəyyən çətinliklər yaradır. Ona görə də dünürəm ki, bu barədə gəncləri nə dərəcədə çox məlumatlardıra bilsək, bir o qədər Azərbaycanın mənfətinə xeyir vermiş olarıq”, - deyə o əlavə edib.
Könül Kamilqızı
http://sia.az/az/news/education/313671 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF