Ramil Səfərovun azadlığa çıxmasına Qafqaz Universitetinin kollektivi sevinir.
Azərbaycan
milli ordusunun zabiti Mayor Ramil Səfərovun azadlığa çıxması
münasibəti ilə Qafqaz Universitetində professor-müəllim və tələbə heyəti
sevinc hisslərini bölüşdülər. Vətənin qeyrətli oğlunun şərəfinə boyük
tort kəsildi. Tortu kəsən universitetin prorektoru professor Niftalı
Qocayev və kafedra müdiri professor Əjdər Ağayev söz alaraq Ramil
Səfərovun yaxınlarına o cümlədən bütün xalqımıza gözaydınlığı verdilər.
Onun azadlıqda olması, vətəninə qayıtması bizim hamımızın istəyi idi. Bu
istəyin reallaşması təkcə Ramilin və yaxınlarının yox, bütün Azərbaycan
xalqının arzusu idi.
Kəsilən
tortdan mayorun evinə də göndərildi. Ramilin valideyinləri Qafqaz
Universitetinin rəhbərliyinə göstərdikləri diqqət və gayğıya görə öz
dərin təşəkkürlərini bildirdilər.
Ramilin
Azərbaycana qaytarılması onun əfv edilməsi Ulu öndərin məktəbindən ilham
alan Cənab Prezident İlham Əliyevin cəsarəti və birbaşa səyi
nəticəsində həyata keçdi. Bu gözəl sevinci bizə yaşatdıqlarına görə
Cənab prezidentə dərin təşəkkür edirik. Eşq olsun qüdrətli Azərbaycana!
Ramil Səfərov kimdir?
Ramil
Sahib oğlu Səfərov 26 avqust 1977-ci ildə Azərbaycanın Cəbrayıl
rayonunda anadan olub. Hələ körpə olanda erməni vəhşiliklərini öz
gözləri ilə görən Ramildə onlara qarşı əbədi nifrət yaranıb. Düşmənə
sonsuz nifrəti, vətənə dərin məhəbbəti Ramili hərbi məkrəbdə təhsil
almağa istiqamətləndirib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi
litseyə daxil olub, sonra isə təhsilini Türkiyədə davam etdirib. Ramil
Səfərov 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə
NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində kursa
göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni
zabit Qurgen Markaryanı Azərbaycan bayrağını təhqir etdiyinə görə onu
öldürdüyü üçün ömürlük həbs edilmişdi.
Qafqaz Universiteti mətbuat xidməti.