“Çağ” daha bir yeniliyə imza atdı

Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Mesut Kurnaz: “Bu dərs ilindən başlayaraq təmsil etdiyim qurumun bütün müəssisələrində şagirdlərin dərsi qavrama fəallığını daha da artırmağa imkan verəcək interaktiv elektron lövhələrin (onlara “ağıllı yazı taxtası” deyirlər) də istifadəsinə başlanılıb. Artıq 250 ədəd elektron lövhə sinif otaqlarında quraşdırılıb
Lövhələrin alındığı zavodların mütəxəssisləri şirkətə dəvət edilib, müəllimlərimizlə birlikdə 6 ay müddətində Azərbaycanın orta məktəb dərsliklərinə uyğun proqramlar hazırlanıb, dərsliklərin əsası interaktiv lövhələrin yaddaşına yazılıb. Dəvət olunan mütəxəssislər tərəfindən tədris ediləcək fənlər üzrə müəllimlərin xüsusi seminarları keçirilib. Müəllimlərə lövhədən istifadə qaydası öyrədilib. İnteraktiv lövhələr “Çağ”ın respublikamızda fəaliyyət göstərən bütün müəssisələrində qurulub və hazırda istifadədədir”. 

“Çağ” Öyrətim İşlətmələri Şirkəti tədris prosesində informasiya texnologiyaları vasitələrindən geniş istifadə edir. Bütün fənn otaqları, laboratoriyalar ən müasir elektron cihazlarla təchiz olunub, bunlar tədris prosesindəki lazımi proqramlarla təmin olunub. Bu barədə Bakı Özəl Türk Liseyində keçirilmiş “Elektron Məktəb Sistemi”nin təqdimatında Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Mesut Kurnaz məlumat verib. O daha sonra deyib: “Bu dərs ilindən başlayaraq təmsil etdiyim qurumun bütün müəssisələrində şagirdlərin dərsi qavrama fəallığını daha da artırmağa imkan verəcək interaktiv elektron lövhələrin (onlara “ağıllı yazı taxtası” deyirlər) də istifadəsinə başlanılıb. Artıq 250 ədəd elektron lövhə sinif otaqlarında quraşdırılıb. Lövhələrin alındığı zavodların mütəxəssisləri şirkətə dəvət edilib, müəllimlərimizlə birlikdə 6 ay müddətində Azərbaycanın orta məktəb dərsliklərinə uyğun proqramlar hazırlanıb, dərsliklərin əsası interaktiv lövhələrin yaddaşına yazılıb. Dəvət olunan mütəxəssislər tərəfindən tədris ediləcək fənlər üzrə müəllimlərin xüsusi seminarları keçirilib. Müəllimlərə lövhədən istifadə qaydası öyrədilib”. O həmçinin qeyd edib ki, interaktiv lövhələr “Çağ”ın respublikamızda fəaliyyət göstərən bütün müəssisələrində qurulub və hazırda istifadədədir.

“Müasir texnologiya tədrisin keyfiyyətini qaldırmağa kömək edəcək”
 “Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən bildirib ki, “Elektron Məktəb Sistemi” Azərbaycan təhsilində yeniliyə doğru atılan addımdır. Onun sözlərinə görə, bu müasir texnologiya tədrisin keyfiyyətini qaldırmağa kömək edəcək: “Artıq bizim təhsil müəssisələrində dərs jurnalları da elektron formatda tətbiq olunur. Bu jurnallar vasitəsilə şagirdlərin nəinki gündəlik, həftəlik, aylıq, illik fəaliyyətlərini də izləmək mümkündür. Artıq valideynlər hansı məkanda, hansı ölkədə olmalarından asılı olmayaraq, övladlarının davamiyyəti, bilik və bacarığı barədə davamlı məlumat ala bilirlər”.
Daha sonra o, Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış “Çağ”ın 20 il ərzində əldə etdiyi uğurlardan söz açıb: “1994-cü ildən bü günə qədər liseylərimizin şagirdləri 102 qızıl, 166 gümüş və 255 bürünc olmaqla 523 medal qazanıblar. Respublika fənn olimpiadalarında şagirdlərimiz 230 qızıl, 248 gümüş, 245 bürünc medal əldə ediblər. Beynəlxalq yarışlardan medal gətirən şagirdlərin hər biri təhsil haqqından azad olunublar. Şagirdlərin təlim-tərbiyəsi ilə ən təcrübəli alim və pedaqoqlar məşğul olurlar ki, onların da 83 faizi Azərbaycanda yetişən kadrlardır”. O, “Çağ”ın fəaliyyətinin 20 illiyi münasibətilə oktyabr ayının sonlarında kitab nəşr edəcəklərini də deyib.

“Biz xarici təhsili, sözün həqiqi mənasında, Azərbaycana gətirmişik”
Ənvər Özərən “Çağ”ın təhsil müəssisələrini bitirmiş, hazırda dünyanın müxtəlif ölkələrində çalışan məzunlarından danışıb. Onun sözlərinə görə, hazırda həmin məzunlar xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporunun formalaşmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında önəmli rol oynayırlar. O, respublikamızda təşkil olunan ətraf mühitin mühafizəsi beynəlxalq layihə olimpiadalarının (”İnepo-Avrasiya”) da Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında müəyyən xidmətləri olduğunu qeyd edib: “Biz mücərrəd olimpiada keçirmirik. Elə götürək bu ilin aprelində Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilmiş Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasını... Həmin tədbirə dünyanın 42 ölkəsinin 400-dən çox nümayədəsi qatılmışdı. Onlar buradan ayrılanda özləri ilə Azərbaycan sevgisi də apardılar və bu sevgini ölkələrindəki neçə-neçə insanla bölüşdülər”. Ənvər Özərən çıxışının sonunda maraqlı bir məqama da toxunub: “İndi bəziləri elə ixtisas dalınca xaricə gedirlər ki, əslində buna lüzum yoxdur. Çünki bizim Qafqaz Universitetində onların seçdikləri ixtisaslar var. Özü də həmin ixtisaslar yüksək səviyyədə tədris olunur. Məlumat üçün deyim ki, “Qafqaz”dakı kimya laboratoriyasının dünyanın heç bir ölkəsinin tədris müəssisəsində analoqu yoxdur. Bir sözlə, biz xarici təhsili, sözün həqiqi mənasında, bura gətirmişik”. Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç çıxış edərək bu yeniklərə münasibətini bildirib. Onun sözlərinə görə, belə texnologiyaların təhsilə tətbiqi cəmiyyətin, zamanın tələbidir.
Daha sonra tədbir iştirakçıları sinif otaqları - interaktiv lövhələrlə tanış olublar. Məlumat üçün bildirək ki, interaktiv lövhənin üstündə xüsusi elektron qələm ilə yazmaq olur. Lövhə slaydları, videonu göstərməyə, şəkil çəkməyə (adi lövhədəki kimi), real vaxtda əks olunan şəkilin üstündə qeydlər etməyə, hər dəyişikliyi daxil etməyə və s. imkan verir.
Qeyd edək ki, tədbir çərçivəsində interaktiv lövhələrin istifadəsindən bəhs edən qısametrajlı film də nümayiş edilib.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=44983

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF