Qafqaz Universitetində doktoranturaya qəbul başladı.
Azərbaycan
Respublikası Milli Məclisi tərəfindən "Təhsil haqqında" qanun təsdiq
olunduqdan sonra doktranturaların yaradılması və qəbul qaydaları
2010-cu ilin 1 iyul tariхində Nazirlər Kabinetinə tapşırılmışdır.
Ali
təhsil müəssələrində Doktoranturaların yaradılması və qəbul qaydalarına
uyğun olaraq ölkədə yüksək iхtisaslı elmi -pedaqoji kadrların
hazırlanması doktorantura və dissertantura yolu ilə həyata keçirilir.
"Təhsil haqqında" qanunda doktoranturada təhsil həm əyani, həm də
qiyabi şöbələr üzrə təhsil nəzərdə tutulmuşdur.
Qafqaz
Universitetindədə Fəlsəfə doktoru proqramı üzrə sənədlərin qəbulu
sentyabrın 17-dən oktyabrın 16-sına kimi davam edəcək. Fəlsəfə doktoru
proqramı üzrə əyani təhsil 3 ildir. Qiyabi təhsil isə 4 ildir.
Dissertantlıq yolu ilə təhsil 4 ildir. Müstəsna hallarda bütün təhsil
formaları üzrə təhsil müddəti uzadıla bilər.
Qanundan irəli gələn
tələblər üzrə Qafqaz Universitetində fəlsəfə doktoru proqramı üzrə
kadrlar hazırlanması yönündə qəbul aparılmağa başlanmışdır.
Fəlsəfə doktoru proqramı üzrə 2012-ci il üçün qəbul planı aşağıdakı kimidir.
2002.01 - Deformasiya olunan bərk cism mexanikası
33 - TEXNİKA ELMLƏRİ
3338.01 - Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi
53 - İQTİSAD ELMLƏRİ
5310.01 - Dünya iqtisadiyyatı
5311.01 - Müəssisələrin təşkili və idarə olunması
57 - FİLOLOGİYA ELMLƏRİ
5710.01 - Türk dilləri
5717.01 - Türk xalqları ədəbiyyatı
5718.01 - Dünya ədəbiyyatı
Fəlsəfə doktoru proqramı üzrə 2012-ci il üçün dissertantların təhkimolunma planı aşağıdakı kimidir.
12 – RİYAZİYYAT ELMLƏRİ
1211.01 – Diferensial tənliklər
20 - MEXANİKA
2002.01 - Deformasiya olunan bərk cism mexanikası
22 – FİZİKA
2206.01 – Molekulyar fizika
33 - TEXNİKA ELMLƏRİ
3338.01 - Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi
53 - İQTİSAD ELMLƏRİ
5310.01 - Dünya iqtisadiyyatı
5311.01 - Müəssisələrin təşkili və idarə olunması
57 - FİLOLOGİYA ELMLƏRİ
5710.01 - Türk dilləri
5717.01 - Türk xalqları ədəbiyyatı
5718.01 - Dünya ədəbiyyatı
http://qu.edu.az/view_news.php?news=2533&link=224&lang=az