Qafqaz Universitetində “Bilik günü” münasibətilə açılış mərasimi keçirildi. FOTO
Qafqaz Universitetində “Bilik günü” münasibətilə yeni tədris ilinin ənənəvi açılış mərasimi keçirildi. Mərasim, şəhidlik zirvəsinə ucalmış vətən övladlarının xatirəsinin yad edilməsi və Azərbaycan Türkiyə Respublikalarının Dövlət Himnlərinin oxunmasıyla başladı.
Bu
il Qafqaz Universiteti üçün xüsusilə əlamətdardır. 2012-2013-ci tədris
ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş
qəbul imtahanlarında maksimal nəticə göstərərək 700 bal toplayan 5
nəfərdən, 2-i təhsillərini seçdikləri ixtisaslar üzrə davam etdirmək
məqsədi ilə məhz Qafqaz Universitetini seçmişlər.
Mərasimdə
Qafqaz Universitetinin rektoru Prof. Dr. Ahmet Saniç, Çağ Öyrətim
İşlətmələri şirkətinin prezidenti Dr. Ənvər Özərən, Universitetin Tədris
İşləri üzrə prorektoru Prof. Dr. Cihan Bulut və Elmi İşlər üzrə
prorektor Prof. Dr. Niftalı Qocayev çıxış edərək tələbələrə yeni tədris
ilində uğurlar arzuladılar.
Daha
sonra 700 bal toplayan tələbələrə kompüter hədiyyə olundu. Hədiyyələri
təqdim edən Millət vəkili Kamilə Əliyeva və Abşeron Rayonu İcra
Başçısının müavini Sərviz Süleymanov tələbələri təbrik edərək onlara
gələcək həyatlarında uğurlar arzuladı.
Qəbul imtahanlarında 700 bal toplayaraq Qafqaz Universitetinin Dünya
iktisadiyyatı fakultəsinə daxil olan Nərgiz Məzahirqızı və Sənayenin
Təşkili və İdarəetmə fakultəsinə daxil olmuş Orxan Səfərov çıxış
edərək, bu təhsil ocağını ən müasir tələblərə cavab verən, dünya
standartlarına uyğun tədrisi ilə fərqləndiyi üçün seçdiklərini qeyd
etdilər. Açılış mərasimi bədii özfəaliyyət kollektivlərinin maraqlı
çıxışları ilə davam etdi.