“Çağ Öyrətim İşlətmələri” şirkətində tədrisdə yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı mərasim keçirilib.
Onun sözlərinə görə, artıq 250 ədəd elektron lövhə alınaraq sinif otaqlarında quraşdırılıb: “Lövhələrin alındığı zavodların mütəxəssisləri şirkətə dəvət edilib, müəllimlərimizlə birlikdə 6 ay müddətində Azərbaycanın orta məktəb dərsliklərinə uyğun proqramlar hazırlanıb, dərsliklərin əsası interaktiv lövhələrin yaddaşına yazılıb. Dəvət olunan mütəxəssislər tərəfindən tədris ediləcək fənlər üzrə müəllimlərin xüsusi seminarları keçirilib. Müəllimlərə lövhədən istifadə qaydası öyrədilib. İnteraktiv lövhələr şirkətimizin bütün müəssisələrində qurulub və hazırda istifadədədir”.
Sonra interaktiv lövhələrin istifadəsindən bəhs edən qısametrajlı film nümayiş edilib. “Çağ Öyrətim İşlətmələri” şirkətinin prezidenti Ənvər Özərən isə deyib ki, Azərbaycan təhsilindəki bu yenilik irəliyə doğru atılan addımdır. Onun sözlərinə görə, bu müasir texnologiya tədrisin keyfiyyətini qaldırmağa kömək edəcək: “Artıq valideynlər də övladlarının davamiyyəti, bilik və bacarığı barədə davamlı məlumat alacaqlar. Bizim təhsil müəssisələrində dərs jurnalları da artıq elektron formatda tətbiq olunur”.
Daha sonra tədbir iştirakçıları sinif otaqları – interaktiv lövhələrlə tanış olublar.
http://az.apa.az/news.php?id=273177