Yüksək nəticə göstərənlər hansı ali məktəbi seçdi

2012-2013-cü il tədris ilində ali məktəblərə daxil olanların qeydiyyat prosesi başa çatıb. Musabiqə şərtini ödəyən yaxud da yüksək nəticə göstərən abituryentlərin daha çox hansı ali məktəblərə üstunluk verdikləri  dəqiqləşib.TQDK sədri I qrupda 600-dan yuxarı nəticə göstərən abituryentlərin hansı ali məktəbləri seçdiyinidə deyib:

 “I qrupda 600 baldan yuxarı nəticə göstərən 227 nəfər olub. Onların ali məktəblər üzrə paylanma əmsalı 600-dan çox bal yığan 100 nəfərdən artıq abituryent Bakı Ali Neft Məktəbinə qəbul olunub. 59 nəfər Qafqaz Universitetini, 41 nəfər Bakı Dövlət Universitetini, 26 nəfər Azərbaycan Dövlət Neft Akademiyasını, 1 nəfər Azərbaycan  Texniki Universitetini, 1 nəfər Memarlıq İnşaat Universitetini, 1 nəfər Dövlət İdarəçilik Akademiyasını, 1 nəfər Milli Aviasiya Akademiyasını, 1 nəfər Naxçıvan Dövlət Universitetini, 2 nəfər Xəzər Universitetini seçib”. .....II  qrupda  600 baldan yuxarı nəticə göstərənlərin 91-i Qafqaz Universitetinə, 75-i Dövlət İdarəçilik Akademiyasına daxil olub. Həmçinin Diplomatik Akademiyaya 48, Azərbaycan Dövlət İqtisad Universitetinə 45,  Bakı Dövlət Universitetinə 30, Azərbaycan Dövlət Neft Akademiyasına 1, Turizim Universitetinə 1, Milli Aviasiya Akademiyasına 2, Naxçıvan Dövlət Universitetinə 2, Azərbaycan Dövlət Aqrar Universitetinə 1, Azərbaycan Universitetinə 1, Xəzər Universitetinə 1 nəfər qəbul olunub. Ümumilikdə isə 297 nəfər 600-dən yuxarı bal toplayıb”.....
III qrupda 336 nəfər 600-dən yuxarı bal toplayıb. Burada 149 nəfər Bakı Dövlət Universitetini seçib. Azərbaycan Dillər Universitetinə 83, Dövlət İdarəçilik Akademiyasına 74, Milli Aviyasiya Akademiyasına 12, Naxçıvan Dövlət Universitetinə 8, Qafqaz Universitetinə 7, Turizim Universitetinə 1, Gəncə Dövlət Universitetinə 2 nəfər qəbul olunub”.... IV qrupda 342 nəfər  600-dan  yuxarı bal toplayıb. Yüksək bal toplayanlardan 336 nəfər Azərbaycan Tibb Universitetinə, 2 nəfər Bakı Dövlət Universitetinə, 2 nəfər Naxçıvan Dövlət Universitetinə, 2 nəfər isə Qafqaz Universitetinə qəbul olunub”.
http://xezerxeber.com/XeberOxu.aspx?id=32348#.UExDDK4sDKs

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF