“Çağ” Öyrətimdə təhsil texnologiyalarında yenilik FOTO
Sentiyabrın
25-də Bakı Özəl Türk Liseyində Kütləvi İnformasiya Vasitələrinin (KİV)
iştirakı ilə “Çağ” Öyrətim İşlətmələrinin Azərbaycan-Türkiyə Özəl
Liseylərində yeni təhsil texnologiyalarından “Ağıllı Löhvə”nin və
elektron məktəb sisteminin tətbiq olunması münasibətilə mətbuat
konfransı keçirildi. Konfransda çıxış edən Azərbaycan-Türkiyə Özəl
Liseyləri Baş İdarəsinin rəisi Mesud Kurnaz əvvəlcə liseylərdə tətbiq
olunan yeni təhsil texnologiyaları xüsusilə də “Ağıllı löhvə” və onun
əhəmiyyəti haqqında ətraflı məlumat verib. M. Kurnaz bildirib ki,
liseylərdə tədris prosesində informasiya texnologiyaları vasitələrindən
geniş istifadə edilir. İstifadə olunan texnologiyalar da müntəzəm olaraq
yeniləşdirilir. Liseylərin bütün fənn otaqları, laboratoriyaları ən
müasir elektron cihazlarla təchiz edilmişdir ki, bunlarda tədris
prosesində istifadə edilə biləcək lazımi proqramlarla təchiz edilmişdir.
Bu ildən başlayaraq şagirdlərin dərsi qavrama fəallığını daha da
artırmağa imkan verəcək interaktiv elektron lövhələrin istifadə
edilməsinə başlanılmışdır. 250 ədəd elektron lövhə alınaraq sinif
otaqlarında quraşdırılmışdır. Tədris ediləcək fənlər üzrə müəllimlərə
xüsusi seminarlar keçirilmiş və onlara löhvədən istifadə edilməsi
qaydası öyrədilmişdir. Hal-hazırda interaktif lövhələr “Çağ” Öyrətim
İşlətmələrinin bütün müəssisələrində istifadə edilməkdədir.
Sonra
bununla əlaqədar olaraq videoçarx nümayiş edildi. Daha sonra çıxış
edən Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəis müavini Murat
Topçu bildirdi ki, liseylərdə elektron məktəb sistemi tətbiq olunur. Bu
sistem imkan verir ki, müəllimlər və valideynlər şagirdlərin
nizam-intizamına, dərsə davamiyyətinə tam şəkildə nəzarət etsinlər.
Beləki, valideynlər istədikləri vaxt dünyanın hansı ölkələrində olursa
olsun öz övladları haqda bütün məlumatı əldə edə bilirlər.
“Çağ”
Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özeren isə əldə
olunan nailiyyətlər barədə ətraflı verib. O bildirib ki, Azərbaycan
təhsilindəki bu yeniliyin əldə olunması “Çağ Öyrətim İşlətmələri”
şirkətinin inkişafının göstəricisidir. Onun fikrincə, müasir texnologiya
tədrisin keyfiyyətini qaldırmağa kömək edəcək: Elektron məktəb
sistemindən istifadə nəticəsində valideynlər övladlaırnın davamiyyəti,
bilik və bacarığı, gündəlik dərsə hazırlığı barədə ətraflı məlumat əldə
edə bilirlər. Beləliklədə, təhsil müəssisələrində sinif jurnalları da
artıq elektron formatda tətbiq olunur”. Daha sonra Enver Özeren əldə
edilən nailiyyətlər barədə ətraflı məlumat verib. O bildirib ki,
məktəblilərin beynəlxalq fənn olimpiada və yarışlarından 100-dən çoxu
qızıl olmaqla yarışlardan ölkəyə gətirilən medalların sayı 529-a çatıb.
E.Özerenin sözlərinə görə, əgər 20 il öncə şirkətin məktəblərində
işləmək üçün 85% türkiyəli müəllim gətirilirdisə, bu gün müəllimlərin
83%-i Azərbaycanda yetişdirilən kadrlardır. Bu gün təhsil
müəssisələrində 400-ə yaxın şagird və tələbə pulsuz təhsil alır ki,
onların da bəziləri qəbul imtahanında 600-dən yuxarı bal toplayanlar,
bəziləri isə beynəlxalq olimpiadalarda yüksək nəticə göstərənlərdir”. Bu
gün tətbiq olunan yeni təhsil texnologiyaları bundan sonra da davamlı
olaraq yenilənəcəkdir. “Qafqaz” Universitetinin rektoru, prof. Ahmet
Saniç çıxışında universitetdə tələbələr üçün hazırlanmış şəraitdən yeni
təhsil texnologiyaların, laboratoriyaların fəaliyyətə başlamasından, bir
çox ixtisaslar üzrə digər ölkələrə getməyə ehtiyac olmamasından
danışıb.
Tədbirin
davamında qonaqlar Bakı Özəl Türk Liseyinin sinif otaqlarına baxış
keçirib, dərs prosesini izləyərək interaktiv lövhələrlə yaxından tanış
olublar.