“Sabahın alimləri” II Respublika müsabiqəsinə elmi dəstəyin verilməsi Qafqaz Universitetinə tövsiyə edilib
Atif Eyvazov/AZADİNFORM. Təhsil naziri Misir Mərdanov Bakı və
Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin
IX-XI sinif şagirdləri tərəfindən yerinə yetirilən tədqiqat layihələrinə
baxış keçirmək və ciddi tədqiqat nəticələri əldə edən Azərbaycan
məktəblilərinin seçilib İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik
Sərgisinə (ABŞ) göndərilməsini təmin etmək məqsədi ilə əmr imzalayıb.
Əmrə əsasən, gələn ilin 8-9 fevral tarixlərində Bakı şəhərində İntel
İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın
alimləri” II Respublika müsabiqəsi keçiriləcək.
Müsabiqə Təhsil, Gənclər və İdman nazirlikləri və “Mədəd”
təşkilatının birgə təşkilatçılığı ilə həyata keçiriləcək. Əmrdə ümumi
təhsil müəssisələrinin direktorlarına tapşırılır ki, “Kiçik
Akademiyalar”ın fəaliyyətini gücləndirmək istiqamətində konkret
tədbirlər görülsün. Əmrə görə, müsabiqəyə elmi dəstəyin verilməsi Bakı
Dövlət Universiteti (A.Məhərrəmov), Sumqayıt Dövlət Universiteti
(N.Qəhrəmanov) və Qafqaz Universitetinə (Ahmet Saniç) tövsiyə edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (N.Rzaquliyeva) və Sumqayıt Şəhər Təhsil
Şöbəsinə (V.Bağırov) müsabiqənin təşkili ilə bağlı məsələlərin həllində
ümumi təhsil müəssisələrinə köməklik göstərilməsi tapşırıb.
Nazir əmrin icrasına nəzarəti öz üzərimə götürüb.
http://www.azadinform.az/news/a-29052.html