“Çağ” Öyrətim İşlətmələrini bitirən məzunlar yüksək nəticələr göstərmişlər
Ötən
tədris illərində olduğu kimi bu il də “Çağ” Öyrətim İşlətmələrinin
tədris müəssisələrini bitirən məzunlar Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda bir
daha yüksək nəticələr göstərmişlər. Liseylərdə şagirdlər üçün
hazırlanmış yüksək səviyyədə tədris şəraiti və müəllimlərin fədakar
əməyi öz bəhrəsini vermişdir.
Belə ki, “Çağ” Öyrətim İşlətmələrinin
Azərbaycan -Türkiyə Özəl Liseyləri məzunlarından 57 nəfəri 600-dən
yuxarı bal toplamaqla təhsilimizin ön sıralarındakı yerini daha da
möhkəmləndirib. Məzunların çoxu isə 500-dən yuxarı bal toplayaraq
müəllimlərinin etimadını doğrultmuşlar.
Beləliklə, Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası tərəfindən keçirilən ali məktəblərə qəbul
imtahanlarında yüksək nəticələr göstərən “Çağ” Öyrətim İşlətmələrinin
tədris müəssisələrini bitirən məzunlar Azərbaycanın, eləcə də dünyanın
ən nüfuzlu universitetlərinə qəbul olmuşlar.