ÇAĞ YENİ "AKİLLİ TAHTA"SINI TƏQDİM ETDİ




Dünən Çağ Öyrətim İşlətmələri Şirkəti tədris prosesində informasiya texnologiyaları vasitələrinin tətbiqi ilə əlaqədar mətbuat konfransı keçirdi.  Şirkətin yeni texnologiyalarla tətbiq edildiyini bildirən Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsut Kurnazın bildirdiyinə görə,  şirkətin bütün müəssisələrində dərs ili başlayandan şagirdlərin dərsi qavrama fəallığını daha da artırmağa imkan verəcək interaktivb elektron  lövhələrin istifadəsinə başlanılmışdır. 
M. Kurnaz qeyd etdi ki, bu məqsədlə  250 ədəd elektron lövhə alınaraq,  sinif otaqlarında quraşdırılmışdır. "Ağıllı taxta" adlandırılan elektron yazı lövhələri haqqında 3 dəqiqləlik film nümayiş etdirildikdən sonra elektron məktəb sistemi haqqında jurnalistlərə məlumat verildir. " Azərbaycan Türkiyə Özəl litseyləri  artıq birildir ki, Təhsil Nazirliyinin rəsmi icazəi ilə elektron məktəb sisteminə keçmişdir.  Elekton məktəb sistemi əvvəllər istifadə edilən jurnal sisteminin elektronlaşdırılmış versiyasıdı.  Müəllimlər  usb-flaş vasitəsilə ad və parol daxil edərərk siniflərin elektron sisteminıə daxil olur, bütün qiymətləndirilmələr elektron olaraq həyata keçirilir".
Qeyd edək ki, elektron məktəb sistemində müəllimlər və şagirdlər haqqında bütün bilgilər yerləşdirilir və  bütün əməliyyatlar elektron olaraq həyata keçirlir. Şirkət rəsmisinin bildirdiyinə görə, hər bir valideyin dünyanın harda olmasından asılı olmayaraq, verilən parolla elektron məktəb sisteminə daxil olaraq, övladı haqqında bütün məlumatları əldə edə bilər. Elektron məktəb sistemi şirkətin personlları tərəfindən hazırlanmışdır.
"Çağ" Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özerenin sözlərinə görə 20 ildən artıqdır ki, şirkət Azərbaycanda  fəaliyyət göstərir və şirkətin 20 illiyinə həsr edilmiş kitab gələn ay media nümayəndələrinə təqdim ediləcək.  Elektron yazı taxtası  haqqında danışarkən Enver Özeren bildirdi ki,  bu sistem tətbiq edilməmişdən öncə müəllimlərə xüsusi kurs keçirilmişdir. "Biz Azərbaycanda yeni fəaliyyətə başlayanda bütün personallarımız Türkiyədən dəvət edilmişdi. Amma artıq  şirkətimizdə personalın 83 faizi burada öz məktəblərimizdə yetişdirdiyimiz  tələbələrdir". Enver Özeren onu da bildirdi ki, bu sistem  şirkətin bütün litseylərində quraşdırılmışdır.
Daha sonra  Qafqaz Universitetinin  rektoru Ahmet Sanic  çıxış edərək bildirdi ki,  Qafqaz Universitetinində çalışan  müəllimlərin 87 faizi universitetin öz yetirmələridir. " Biz litseylərimiz bitirən tələbələr də, universitetimizdə təhsil almağı məsləhət görürük. Çünki  bizim verdiyimiz təhsil xaricdə təhsilə bərabərdir. Bütün müəllimlərimiz xüsusi təkmilləşdirmə kursları keçirlər. Ötən gümlərdə bir qrup müəllimiz təkmilləşdirmə kursu keçmək üçün xaricə göndərilmişdi. Onlar  getməmioşdən öncə və qayıtdıqdan sonra da xüsusi sınaqlardan keçirilirlər. Bizim tədris müəssisələrimizdə özünü yeniləməyən, təkmilləşməyən  müəllimlər çalışa bilməz".
 Daha sonra şirkət rəsmiləri media nümayəndələri ni  Azərbaycan -Türkiyə  Özəl litseyinin siniflərini gəzdirərək, siniflərdə quraşdırılmış elektron yazı lövhələrini n çalışma sistemi ilə tanış etdilər.
Qeyd edək ki,  şirkət halhazırda özündə 10 litsey, 1 gimnaziya, 1 ibtidai məktəb, 13 ali təhsilə hazırlıq kursları  və 1 universiteti özündə birləşdirir.  Məzunlarının 99 faizi hər il dünyanın ən müxtəlif  universitetlərinin  seçilmiş fakültələrinə  daxil olurlar. Hazırda şagirlərin böyük bir hissəsi ABŞ- Hyustonda, Texas və Viskonsin universitetlərində, Rusiyanmın Lomonosov  adına Moskva Dövlət Universitetində, Bauman adına Ali Texniki məktəbdə, Almaniya, Türkiyə, İngiltərə, Çin, İsveçrə və başqa  dövlətlərin  təhsillərini müvəffəqiyyətlə davam etdirirlər.   
Qeyd edək ki , litseyin bütün personalı gənc kadrlardan ibarətdir.
İradə CƏLİLOVA

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF