Çağ Öyrətim şirkətinin Azərbaycandakı liseylərində daha bir yenilik - FOTOLAR


Bu gün Bakı Özəl Türk Liseyində “Elektron Məktəb Sistemi”nin media üçün təqdimatı keçirilib. Modern.az xəbər verir ki, “Elektron Məktəb Sistemi”nə daxil olan yeni elektron lövhələr (ağıllı tablo) Çağ Öyrətim İşlətmələri şirkətinin Azərbaycandakı bütün tədris mərkəzlərində quraşdırılıb. Bu Azərbaycanda elektron təhsil sisteminin ilk tətbiqidir.
Çağ Öyrətim İşlətmələri şirkəti tədris prosesində informasiya texnologiyaları vasitələrindən geniş istifadə edir və istifadə olunan kompüter, video, audio və s. cihazların müntəzəm olaraq yeniləndirilməsi qayğısına qalır. Bütün fənn otaqları, laboratoriyalar ən müasir elektron cihazlarla təchiz edilib, bunlar tədris prosesində istifadə edilə biləcək lazımi proqramlarla təmin edilib. Bütün müəssisələrdə bu dərs ilindən başlayaraq şagirdlərin dərsi qavrama fəallığını daha da artırmağa imkan verəcək interaktiv elektron lövhələrin istifadə edilməsinə başlanılıb. Cəmi 250 ədəd elektron lövhə alınaraq sinif otaqlarına quraşdırılıb. Lövhələrin alındığı zavodların mütəxəssisləri şirkətə dəvət edilib, müəllimlərlə birlikdə 6 ay müddətində Azərbaycan Respublikasının orta məktəb dərsliklərinə uyğun proqramlar hazırlanıb, dərsliklərin əsası interaktiv lövhələrin yaddaşına yazılıb.
Dəvət olunan mütəxəssislər tərəfindən tədris ediləcək fənlər üzrə müəllimlərin xüsusi seminarları keçirilib, müəllimlərə lövhədən istifadə etmək qaydası öyrədilib. İnteraktiv lövhələr şirkətin bütün müəssisələrində qurulub və hazırda istifadə edilir.
  “Çağ” Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən fəaliyyət göstərmələrinin 20 ili münasibətilə oktyabr ayının sonlarında kitab buraxacaqlarını deyib. Bu illər ərzində uğurlu fəaliyyət göstərdiklərini deyən Ə.Özərən, yeni tətbiq edilən interaktiv elektron lövhələrin də ölkədə yenilik oduğunu bildirib. Şirkət sədri təhsil alan şagirdlərə verilən üstünlüklərdən də söz açıb.
  “1994-cü ildən bü günə qədər liseylərimizin şagirdləri 102 qızıl, 166 gümüş və 255 bürünc olmaqla cəmi 523 medal qazanıblar. Respublika fənn olimpiadalarında şagirdlərimiz 230 qızıl, 248 gümüş, 245 bürünc medal qazanıblar. Beynəlxalq yarışlardam medal gətirən şagirdlərin hər biri təhsil haqqından azad olunublar. Şagirdlərin təlim-tərbiyəsi ilə ən təcrübəli, seçilmiş alim və pedaqoqlar məşğul olurlar ki, onların da çoxu azərbaycanlıdır. Dərs deyən müəllimlərin 83 faizi Azərbaycanda yetişən müəllimlərdir”.
 
 
 
 
 
Anar Kəlbiyev
Foto:Elçin Ağayev

http://modern.az/articles/29041/1/

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF