Beynəlxalq riyaziyyat olimpiadasından medallar

İyulun 6-16- da Argentinanın Mar Del Plata şəhərində məktəblilərin 53-cü Beynəlxalq Riyaziyyat Olimpiadası keçirilib. Dünyanın 100 ölkəsindən 600 şagirdin iştirak etdiyi bu olimpiadada ölkəmizi “Çağ” Öyrətim İşlətmələri şirkətinin Azərbaycan -Türkiyə Özəl Liseylərinin şagirdləri uğurla təmsil ediblər. Belə ki, Mingəçevir Özəl Türk Liseyinin 10-cu sinif şagirdi İzmir Əliyev,  Lənkaran Özəl Türk Liseyinin 10-cu sinif şagirdi Həsən Həsənzadə bürünc medallara, Bakı Özəl Türk liseyinin 11-ci sinif  şagirdi Şahin Hüseynli və Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin 9-cu sinif şagirdi Fərid Verdiyev həvəsləndirici sertifikatlara ( IV yerə) layiq görülüblər. Beləliklə, şagirdlərimiz iki bürünc və iki həvəsləndirici sertifikat qazanıblar. Olimpiadanın Təşkilat Komitəsi şagirdlərimizin iştirakını uğurlu hesab edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyinin ünvanına təbriklər söyləmişdir. 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF