BMT-nin Azərbaycandakı nümayəndəsi “Çağ” da
Sentyabrın 6-da Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı
nümayəndəsi
Fikret Akçuranın “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin
sədri Enver Özerenlə görüşü olub.
Görüş zamanı E. Özeren qonağa “Çağ”ın
tədris müəssisələrinin fəaliyyəti barədə ətraflı məlumat verərək
bildirib ki, ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə
başlayan şirkət etimada sədaqətlə fəaliyyətlərini uğurla davam
etdirərək, Azərbaycanda daha savadlı, daha muasir biliklərə malik
gənclərin yetişdirilməsində öndə olan təhsil müəssisələrini özündə
birləşdirir.
Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali
məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda əldə edilən nailiyyətlər
də sübut edir. Şirkətin təhsil ocaqlarını bitirən şagirdlər
respublikanın eləcə də dünyanın aparıcı universitetlərində təhsillərini
uğurla davam etdirirlər.
E. Özeren bundan sonra da öndə olmağa
calışdıqlarını, bunun uçun tədris muəssisələrində lazımi şəraitin
hazırlandığını söyləyib.
BMT-nin Azərbaycandakı nümayəndəsi F. Akçura “Çağ” ın təhsil
sahəsindəki fəaliyyətinə görə yüksək nüfuza malik olmasından məmnun
olduğunu bildirib və “Cağ”ın butun tədris muəssisələrinə təhsildə
uğurlar arzulayıb.