Bu il ali məktəblərdə qeydiyyat prosesinin 97% yerinə yetirildi
Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə
sentyabrın 7-də növbəti mətbuat konfransı keçirib.
TQDK
rəsmisi bu il ali məktəblərdə qeydiyyat prosesinin 97% yerinə
yetirildiyini, boş qalan yerlərin daha çox ödənişli ixtisaslarla bağlı
olduğunu vurğulayıb: “Bunun səbəbi dövlət sifarişli yerlərə qəbul olmaq
üçün keçid balının 250 baldan aşağı olmaması və abituriyentlərin aqrar
ixtisaslara az maraq göstərməsidir. Aqrar Universitetdə 517, Xəzər
Universitetində 95, Təfəkkür Universitetində 114, Odlar Yurdunda isə 194
boş yer var. Boş qalan yerlər özəl ali məktəblərin payına düşür”.
...
Qeyd edək ki, TQDK bu il hüquq,
jurnalistika fakültələri üzrə tələbə qəbulunu azaltsa da, ekologiya,
kənd təsərrüfatı, aviasiya, müxtəlif texnologiya üzrə ixtisasların
sayını artırıb. Buna baxmayaraq, yüksək bal toplayan tələbələr yenə də
ənənəvi seçimə üstünlük veriblər:
I qrup üzrə 600-dən yüksək bal
toplayan abituriyentlərin 121 nəfəri Ali Neft Məktəbi, 59 nəfəri Qafqaz Universiteti, 41 nəfəri Bakı Dövlət Universitetini seçib.
II qrupda isə
91 nəfər Qafqaz Universitetini, 75 nəfər Prezident yanında Dövlət
İdarəçilik Akademiyasını, 48 nəfər Diplomatik Akademiyanı, 45 nəfər
Dövlət İqtisad Universitetini seçib.
III qrupda
600-dən yüksək bal toplayanlar arasında birinci yeri Bakı Dövlət
Universiteti -149 nəfər, ikinci yeri Azərbaycan Dillər Universiteti - 83
nəfər, üçüncü yeri isə Dövlət İdarəçilik Akademiyası -74 nəfər seçib.
4-cü ixtisas qrupunda isə 336 nəfər Tibb Universiteti, 2 nəfər Bakı
Dövlət Universiteti, 2 nəfər Naxçıvan Dövlət Universiteti, 2 nəfər Qafqaz Universitetini seçib”.
S.Hilalqızı