Qafqaz Universitetində fəlsəfə doktoru proqramı üzrə sənədlərin qəbulu aparılır

Bakı, 26 sentyabr (AzərTAc). Qafqaz Universitetində fəlsəfə doktoru proqramı üzrə sənədlərin qəbulu oktyabrın 16-dək davam edəcəkdir.
Universitetdən AzərTAc-a bildirmişlər ki, fəlsəfə doktoru proqramı üzrə əyani təhsil 3 ildir. Qiyabi təhsil isə 4 ildir. Dissertantlıq yolu ilə təhsil 4 ildir. Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər.
Qafqaz Universitetində fəlsəfə doktoru proqramı üzrə kadrlar hazırlanması istiqamətində iş müvafiq qanunun tələblərinə uyğun olaraq həyata keçirilir.
Universitetin internet saytında fəlsəfə doktoru proqramı üzrə 2012-ci il üçün qəbul planı barədə məlumat verilmişdir. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır