Qafqaz Universitetində Türkiyənin ODTU-nin dəstəyi ilə texnoparkın yaradılması nəzərdə tutulur.

525.az-ın məlumatına görə, bu məsələ təhsil naziri Misir Mərdanovun Qafqaz Universitetinin rektoru Əhməd Saniç və Orta Doğu Texniki Universiteti texnoparkının müdir müavini Ufuk Bulut ilə keçirilən görüşündə müzakirə olunub.

M.Mərdanov Qafqaz Universitetində texnoparkın yaradılması təşəbbüsünün təqdirəlayiq olduğunu bildirib, bu təcrübəni Azərbaycanda ali təhsilin inkişafına yeni bir töhfə kimi dəyərləndirib.
Qafqaz Universitetinin rektoru Əhməd Saniç Azərbaycan İqtisadi İnkişaf Nazirliyi ilə aparılan əməkdaşlıq çərçivəsində ilkin olaraq Sumqayıt texnoparkından istifadə olunmasının nəzərdə tutulduğunu vurğulayıb. Bununla yanaşı, rektor Orta Doğu Texniki Universiteti texnoparkının yaradılması təcrübəsindən istifadə etməklə Qafqaz Universitetində müvafiq strukturun fəaliyyətinin təşkili məsələsinin müzakirə olunduğunu söyləyib.

Orta Doğu Texniki Universiteti texnoparkının müdir müavini Ufuk Batum Türkiyədə ötən əsrin ikinci yarısından vüsət alan sənayeləşmənin texniki ali məktəblərin fəaliyyətinin istehsalata uyğun qurulması ilə nəticələndiyini bildirib. Ali təhsil müəssisələrində aparılan elmi-tədqiqatların nəticələrinin istehsalat sahələrinə tətbiqinin əhəmiyyətindən bəhs edən qonaq, peşəkar mütəxəssislərin yetişməsində bu təcrübənin əvəzsiz rol oynadığını da vurğulayıb.
Azərbaycan üçün yeni olan bu təşəbbüsün uğurlu nəticələr verəcəyinə inamını ifadə edən M.Mərdanov, bu təcrübədən gələcəkdə digər ali məktəblərin də bəhrələnəcəyinə ümidvar olduğunu bildirib. Nazir, həmçinin ali məktəblərin texnoparklarının olmasını əlavə maliyyə təminatı, elmi-tədqiqatların səmərəliliyinin artırılması və stimullaşdırılması baxımından yüksək qiymətləndirib.

S.QARAYEVA

http://www.525.az/site/?name=xeber&news_id=703

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF