“Azərikimya” “Qafqaz”la birgə konfrans keçirəcək
“Azərikimya” İstehsalat Birliyində (İB) “Qafqaz” Universitetinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev və “Qafqaz” Universitetinin rektoru, professor Ahmet Saniç gələn il keçiriləcəyi nəzərdə tutulan genişmiqyaslı elmi-praktik konfransın təşkilinə aid məsələləri müzakirə ediblər. Qeyd edək ki, həmin konfrans Azərbaycan Dövlət Neft Şirkətinin təşkilatçılığı və dəstəyi ilə “Azərikimya” İB-nin, “Qafqaz” Universitetinin, həmçinin neft-kimya müəssisələri nümayəndələrinin iştirakı ilə keçiriləcək. Fədail Fətullayev http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=45015