Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Baş Konsulu Şəki ATÖL-də olub

Yanvarın 27-də Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Haluk Ağca Şəki Azərbaycan-Türkiyə Özəl Liseyində olub. Qonağı Şəki Azərbaycan Türkiyə- Özəl Liseyinin müdiri İsmail Özcan eləcədə bir qrup müəllim və şagird kollektvi  səmimiyyətlə  qarşılayıblar. Baş Konsul əvvəlcə liseydə şagirdlər üçün hazırlanmış şəraitlə, liseyin sinif otaqları, laboratoriyaları və kitabxanası eləcədə sosial şəraiti ilə yaxından tanış olub. Liseyinin müdiri İ. Özcan Türkiyəli diplomata   liseyin fəaliyyətə başladığı vaxtdan əldə etdiyi nailiyyətlərdən, şagirdlərinin Respublika və  Beynəlxalq Fənn olimpiadalarındakı uğurlarından, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda məzunlarının ən yüksək bal toplamalarından danışaraq ətraflı məlumat verib. H. Ağca liseydə məktəblilər üçün hazırlanmış şəraitdən, təlim-tərbiyə işində əldə edilən nailiyyətlərdən və şagirdlərin nizam-intizamından razı qaldığını bildirib. Azərbaycan-Türkiyə Özəl Liseylərinin Azərbaycan təhsilinin inkişafında xüsusi rolu və yeri olduğunu qeyd edib. Şəki ATÖL-nin müəllim və şagird kollektivinə tədris ilində uğurlar arzulayıb.
www.cag.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF