Astara Rayon Polis İdarəsinin rəisi ilə görüş

Fevralın 2-də Daxili İşlər Nazirliyinin Astara Rayon Polis İdarəsinin rəisi Rəşid Səfərov Lənkəran Özəl Türk Liseyinin müdiri Murat Kadifeci və Lənkəran “Araz” hazırlıq kurslarının müdiri Musa Şükürovu qəbul edib. Olduqca səmimi şəraitdə keçən qəbulda Lənkəran ÖTL-nin müdiri M. Kadifeci və Lənkəran “Araz” hazırlıq kursları müdiri M. Şükürov DİN-nin Astara Rayon Polisİdarəsinin rəisi R. Səfərova rəhbərlik etdikləri tədris müəssisələrinin fəaliyyətə başladıqları dövrdən əldə etdikləri nailiyyətləri, uğurları barədə ətraflı məlumat veriblər. Bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Respublikada və dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq fənn olimpiadalarında layiqli yerləri tutmalarından geniş söhbət açıblar. Bu göstəricilərin daha da yüksəlməsi üçün lazımi şəraitin hazırlandığını və yeni tədris ilini də uğurla başa vuracaqlarını qarşılarına məqsəd qoyduqlarını bildiriblər. 

Daxili İşlər Nazirliyinin Astara Rayon Polis İdarəsinin rəisi Rəşid Səfərov, Lənkəran Özəl Türk Liseyinin Lənkəran şəhərində, eləcə də regionda ən nüfuzlu məktəblərdən biri olduğunu bildirib. Liseyin fəaliyyətindən məmnunluqla danışan R. Səfərov, onlara təhsildə uğurlar diləyib.
www.cag.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF