Ağdaşda konfrans keçirilib

Fevralın 7-də Ağdaş rayon mədəniyyət evində Ağdaş Rayon Təhsil Şöbəsinin, “Qafqaz” universitetinin və Ağdaş Özəl Türk liseyinin dəstəyi ilə rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin on birinci sinif şagirdlərinin təlim- tərbiyəsi, peşə və ixtisas seçimi ali məktəblərin qəbul imtahanlarına hazırlığına həsr olunmuş konfrans keçirilib. 
Konfransda “Qafqaz” universitetinin prorektoru Uğur Arif  Bölek, universitetin psixoloqu Hüseyin Xəlilov çıxış ediblər. Natiqlər əvvəlcə  “Qafqaz” universitetinin fəaliyyəti haqqında iştirakçılara geniş məlumat veriblər. Sonra universitetlərə hazırlaşmaq, dərslərə hazırlıq prosesində stresdən qorunmaq, iş və istirahət rejiminə düzgün əməl etmək qaydaları, düzgün qidalanmaq və s. barədə geniş söhbət açıblar. Daha sonra U. Arif  Bölek və H. Xəlilov şagirdlərlə psixoloji testlər üzərində işləyərək onların bilik və bacarıqlarını nəzərdən keçiriblər. 
Konfransda Ağdaş Özəl Türk liseyinin müdiri Ramazan Tomay, Ağdaş rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərin rəhbərləri, məzunlar və universitetlərə hazırlaşan 11-ci sinif şagirdləri iştrak edib.   
www.cag.edu.az

 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF