Lənkəran şəhər Gənclər və İdman idarəsində görüş

Fevralın 3-də Gənclər Günü münasibəti ilə Lənkəran Özəl Türk Liseyinin müdiri Murat Kadifeci və Lənkəran “Araz” hazırlıq kurslarının müdiri Musa Şükürov Lənkəran Şəhər Gənclər və İdman idarəsinin rəisi Yalçın Əhmədovla görüşüblər. Görüş zamanı M. Kadifeci və M. Şükürov Y. Əhmədovu eləcədə idarənin kollektivini 2- fevral Gənclər Günü münasibəti ilə təbrik ediblər və onlara işlərində uğurlar arzulayıblar. Sonra rəhbərlik etdikləri tədris müəssisələrinin əldə etdikləri nailiyyətləri, uğurları barədə ətraflı məlumat veriblər. Bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Respublikada və dünyanın bir çox ölkələrində keçirilən Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından geniş söhbət açıblar. Bu göstəricilərin daha da yüksəlməsi üçün lazımi şəraitin hazırlandığını və yeni tədris ilini də uğurla başa vuramağı qarşılarına məqsəd qoyduqlarını bildiriblər. 
Lənkəran Şəhər Gənclər və İdman idarəsinin rəisi Yalçın Əhmədov Lənkəran Özəl Türk Liseyinin və Lənkəran “Araz” hazırlıq kurslarının  əldə etdikləri nailiyyətlərdən eləcə də şagirdlərinin nizam-intizamından məmnun olduğunu bildirib və onlara təhsildə uğurlar diləyib. www.cag.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır