Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyində futbolçularla görüş

Fevralın 8-də Gəncə şəhərinin eyni adlı Futbol Klubu Gəncə Azərbaycan- Türkiyə Özəl Liseyində şagirdlərlə görüşüblər. Futbolçuları liseyin şagirdləri gül-çiçək dəstələri ilə qarşılayıblar. Görüşdə klubun baş məşqçisi Fuad İsmayılov, mətbuat katibi Məqsəd Rəhimov, klubun aparıcı futbolçularından Ceyhun Sultanov, Ramal Hüseynov, Edis Kurtanoviç və Zuza Camzaşvili iştirak edib. Qonaqlar əvvəlcə liseyin laboratoyiları, tədris otaqları və kitabxanası ilə yaxından tanış olublar. Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin müdiri Kenan Güzel futbolçulara liseyin nailiyyətlərindən,şagirdlərinin respublika və beynəlxalq fənn olimpiadalarında əldə etdiyi uğurlardan, eləcə də məzunlarının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda yüksək bal toplamalarından danışaraq ətraflı məlumat verib. Sonra liseyin konfrans zalında müəllim və şagird kollektivi ilə görüş keçirilib. Görüşü Gəncə Azərbaycan Türkiyə Özəl liseyinin müdiri Kenan Güzel açaraq “Gəncə” futbol klubunun komandasını liseydə görməkdən məmnun olduğunu bildirib. Daha sonra futbolçuların matçlarından hazırlanmış videoçarx nümayiş olunub. Tədbirdə “Gəncə” futbol klubunun baş məşqçisi Fuad İsmayılov çıxış edərək komandanın keçirdiyi yarışlardan əldə etdikləri nailiyyətlərdən söhbət açıb. Şagirdləri maraqlandıran sualları cavablandırıb. Olduqca maraqlı keçən görüşdən razılığını bildirən F. İsmayılov liseyin kollektivinə təşəkkürünü bildirib və üzərində futbolçularının imzası olan top hədiyyə edib.Tədbirin sonunda Gəncə Azərbaycan- Türkiyə Özəl liseyinin müdiri Kenan Güzel “Gəncə” futbol klubunun baş məşqçisi Fuad İsmayılova xatirə hədiyyəsi təqdim edib. 

 

  www.cag.edu.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır