“Həmişə fövqəladə hallara qarşı hazır olmalıyıq”

Məlum bir həqiqətdir ki, hər hansı fövqəladə hadisə (Qəza, yanğın, zəlzələ, uçqun və s.) baş verdikdə bir çox hallarda nə etməli olduğumuzu bilmirik və yaxudda çaşqınlıqdan bildiyimizi də unuduruq. Bununlada həyatımızı təhlükə altına qoymuş oluruq. Bu da bir həqiqətdir ki, heç birimiz baş verə biləcək hadisələrdən (adətən belə fövqəladə hallar gözlənilmədən baş verir) sığortalanmamışıq. Əgər gözlənilmədən belə bir hal baş verərsə nə etməli?Elə bu kimi hallarda ne etməli olduğumuzu öyrətmək üçün Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Dövlət Yanğın Təhlükəsizliyinin İdarəsi Şirvan Özəl Türk Liseyində təlim keçirib. Əvvəlcə FHN-nin Muğan RDYT idarəsinin rəisi polkovnik leytenant Orxan Məmmədyarov və  nümayəndələri liseyin konfrans zalında iştirakçilara tədbirin mahiyyəti və üstünlükləri barədə ətraflı məlumat veriblər. Sonra şagirdlərin fövqəladə vəziyyətə hazır olduqlarını yoxlamaq üçün binada yanğin olduğunu bildirən həyəcan siqnali çalinıb. Təlimdə liseyin kollektivinə yanğın zamanı davranış qaydaları zərərçəkmişləri xilas etməyin qaydalarını əyani şəkildə nümayiş etdiriblər. Təlimin sonunda Polkovnik-leytinant O. Məmmədyarov şagirdlərin fövqəladə hallar zamani davraniş qaydalari barədə maarifləndirilməsini təmin edən bu cür tədbirlərin bundan sonrada keçiriləcəyini bildirib. Həmişə fövqəladə hallara qarşı hazır olmalıyıq deyə vurğulayıb.
www.cag.az

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde