Azərbaycan Milli Televiziya və radio Şurasında görüş

“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının müdiri Serhat Aktaş və Kafqaz İlköğretim okulunun müdiri İlhami Atmaca Azərbaycan Respublikasının Milli Televizya və radio Şurasının Sədri Nuşirəvan Məhərrəmovla görüşüblər. Görüşdə S. Aktaş və İ. Atmaca rəhbərlik etdikləri təhsil müəssisələrinin fəaliyyəti və əldə etdikləri nailiyyətləri barədə ətraflı məlumat veriblər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından geniş söhbət açıblar. Bu göstəricilərin daha da yüksəlməsini qarşılarına  məqsəd qoyduqlarını bildiriblər. Azərbaycan MTRŞ-nın müdiri N. Məhərrəmov “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının eləcədə Kafqaz İlköğretim okulunun əldə etdikləri uğurlardan məmnun olduğunu bildirib və onlara təhsildə yeni-yeni nailiyyətlər arzulayıb.   
www.cag.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF