“Ana dilimizi sevək, sevdirək” respublika müsabiqəsinə yekun vurulmuşdur

Bakı, 18 fevral (AzərTAc). Fevralın 18-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Ana dilimizi sevək, sevdirək” VIII ənənəvi respublika müsabiqəsinə yekun vurulmuşdur.
AzərTAc xəbər verir ki, Təhsil Nazirliyi və “Çağ” Öyrətim İşlətmələri Şirkətinin birgə layihəsi əsasında reallaşan müsabiqənin final mərhələsi Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanmışdır.
Tədbirdə təhsil nazirinin müavini Elmar Qasımov və Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz çıxış edərək bildirmişlər ki, Beynəlxalq Ana Dili Günü münasibətilə təşkil edilən müsabiqədə Azərbaycanın orta məktəblərindən 500-dən çox şagird iştirak etmişdir. Natiqlər demişlər ki, üç mərhələdən ibarət müsabiqədə region və paytaxt məktəblərində təhsil alan şagirdlər internetdə səhifə hazırlama, qrammatika, inşa, mahnı və şeir nominasiyaları üzrə yarışmışlar. Artıq üç nominasiya üzrə qaliblərin adı məlumdur. Mahnı və şeir müsabiqəsinin finalçıları isə bu gün bilinəcəkdir.
Gecədə müsabiqəyə həsr edilmiş videofilm nümayiş etdirilmişdir.
Tanınmış dilçi alim və sənətçilərdən ibarət münsiflər heyəti tərəfindən ən yaxşı şeir və mahnı ifaçıları seçildikdən sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir.
Müsabiqənin qalibi olmuş 15 məktəbliyə diplom, fəxri fərman, qiymətli hədiyyə və pul mükafatları təqdim edilmişdir.

URL: http://www.azertag.gov.az/index_az.jsp?id=6064&date=2011-02-18

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF