Bakı Özəl Türk Liseyində görüş

İltifat Hacıyev adına "Tərəqqi" texniki-humanitar təmayüllü liseyin direktoru Məhbubə Məmmədova və liseyin bir qrup müəllim və şagirdləri Bakı Özəl Türk Liseyində olublar.Qonaqlar liseyin sinif otaqları, laboratoriyaları və kitabxanası ilə yaxından tanış olublar. Bakı Özəl Türk Liseyinin müdiri Hayrettin Ünver qonaqlara BÖTL-nin fəaliyyəti, təhsildə əldə etdikləri nailiyyətləri,uğurları barədə ətraflı məlumat verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Respublika və Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından geniş söhbət açıb. Bu göstəricilərin daha da yüksəlməsi üçün lazımi şəraitin hazırlandığını və bu ili də uğurla başa vuramağı qarşılarına məqsəd qoyduqlarını bildirib.
Qonaqlar liseydə səmimi şəraitdə keçən görüşdən, tanişlıqdan, burada şagirdlər üçün hazırlanmış şəraitdən məmnun olduqlarını bildiriblər. Bakı Özəl Türk Liseyinin kollektivinə təhsildə uğurlar diləyiblər.

www.cag.edu.az 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır