Lənkəran Şəhər Təhsil şöbəsində görüş


Lənkəran Şəhər Təhsil şöbəsində görüş

Fevralın 22-də Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Şahanə Əhmədova Lənkəran Özəl Türk Liseyinin müdiri Murat Kadifeci və Lənkəran “Araz” kursları müdiri Musa Şükürovu qəbul edib. Qəbul zamanı M. Kadifeci və M. Şükürov  təhsildə əldə etdikləri nailiyyətləri, uğurları barədə ətraflı məlumat veriblər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Respublikada və dünyanın bir çox ölkələrində keçirilən Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından geniş söhbət açıblar. Bu göstəricilərin daha da yüksəlməsi üçün lazımi şəraitin hazırlandığını və yeni tədris ilini də uğurla başa vuramağı qarşılarına məqsəd qoyduqlarını bildiriblər. 
Lənkəran Şəhər Təhsil şöbəsinin müdiri liseyin və Lənkəran “Araz” kurslarının  nüfuzlu tədris müəssisələrindən biri olduğunu şagirdlərinin nizam-intizamından razılığını bildirib. Liseyin və Lənkəran “Araz” kurslarının fəaliyyətindən məmnunluqla danışan Şahanə xanım Əhmədova onlara tədrisdə uğurlar diləyib. 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF