Quba ÖTL nümunəvi tədris ocaqlarından biridir

11 fevral Azərbaycan Respublikası Vergi İşçilərinin peşə bayramı münasibətilə Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu 3 saylı ərazi vergilər idarəsinin rəisi Vidadi Kərimovla görüşüb. M. Alagözoğlu əvvəlcə Vidadi Kərimovu peşə bayramı münasibətilə təbrik edib. Onlara işlərində uğurlar arzulayıb. Sonra Quba ÖTL-nin əldə etdiyi nailiyyətləri və uğurları barədə ətraflı məlumat verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Beynəlxalq Fənn Olimpiadalarında Azərbaycan bayrağını ucaltdıqlarından söhbət açıb. Bu tədris ilini də uğurla başa vuracaqlarını bildirib. Bunun üçün rəhbərlik etdiyi tədris müəssisəsində şagirdlər üçün lazımi şəraitin olduğunu deyib. Vidadi Kərimov  liseyin uğurlarından məmnun olduğunu bildirib və nümunəvi tədris ocağı olduğunu qeyd edib. Daha sonra Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu 3 saylı ərazi vergilər idarəsinin rəisi Vidadi Kərimova xatirə hədiyyəsi təqdim edib.
www.cag.edu.az

 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır