Şəkidə Bəxtiyar Vahabzadə anıldı

Tədbirə xalq şairinin büstünün önünə əklillər qoyulması ilə start verilib. Sonra anım mərasimi Şəki Musiqi Kollejinin akt zalında davam etdirilib. Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova istiqlal şairinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.
Dünən Şəkidə Türk dünyasının tanınmış şairi Bəxtiyar Vahabzadənin vəfatının ikinci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Tədbirə xalq şairinin büstünün önünə əklillər qoyulması ilə start verilib. Sonra anım mərasimi Şəki Musiqi Kollejinin akt zalında davam etdirilib. Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova istiqlal şairinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. O deyib ki, bütün varlığı ilə sevdiyi Azərbaycan xalqının arzu və istəkləri, hiss və duyğuları onun ədəbi-bədii yaradıcılığının mayası, gövhəri olub: “Şairin mübariz qələmi bütün dövrlərdə onun saf məslək və əqidəsinə xidmət edib”. “B. Vahabzadə azadlıq, istiqlal şairi idi. Dilimizin, soykökümüzün dönməz müdafiəçisi idi”,- sözləri ilə çıxışını davam etdirən Zərinə xanım daha sonra deyib: “Təkcə “Gülüstan” poeması yetərlidir ki, B. Vahabzadənin adı həm bədii, həm də ictimai-siyası fikir tariximizə böyük hərflərlə həkk olunsun”. O, şairin boya-başa çatdığı Şəkidə şairin adının əbədiləşdirildiyini də tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Şəki şəhərinin mərkəzi istirahət parkında şairin möhtəşəm büstü ucaldılıb, 1 saylı orta məktəbə, eləcə də mərkəzi küçələrdən birinə şairin adı verilib. Zərinə xanım çıxışını bu sözlərlə tamamlayıb: “Hamı bilir ki, yaranan bir gün köçməlidir. Amma o köçməyib, o bizim içimizdə, şüurumuzda yaşayır”.
Qafqaz Unversitetinin rektoru Əhməd Saniç çıxışında Bəxtiyar Vahabzadə təkcə Azərbaycanda yox, bütün Türk dünyasında sevildiyini vurğulayıb. Şairlə xatirələrindən söz açan rektor deyib: “Son görüşümüzdə o, bizə həyatda üç arzusunun olduğunu söylədi. Dedi ki, onlardan birincisi Azərbaycanı müstəqil və güclü dövlət kimi görmək, ikincisi  Türkiyədə olmaq, üçüncüsü isə türkdilli ölkələrin birləşməsini görmək. Mən iki arzuma çatdım, üçüncüsünü, inşallah, siz görəcəksiniz”. Millət vəkili Cavanşir Feyziyev də şairlə olan xatirələrindən söz açıb. Tədbirdə şairin şeirləri oxunub və şeirlərinə həsr olunmuş musiqilər səsləndirilib.
Qeyd edək ki, dünən Qafqaz Unversitetinin kollektivi Bəxtiyar Vahabzadənin evini də ziyarət ediblər.
Məlumat üçün bildirək ki, Bəxtiyar Vahabzadə 2009-cu ilin fevral ayının 13-də dünyasını dəyişib. Sabİr Əmrahov Şəkİ
www.zaman.az 


Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF