Quba və Xaçmaz Rayon Polis İdarələrində görüş

Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu Azərbaycan Daxili İşlər Nazirliyinin Quba Rayon Polis İdarəsinin rəisi Fuad Məmmədli ilə görüşüb. Səmimi şəraitdə keçən görüş zamanı M. Alagözoğlu liseyin fəaliyyətə başladığı dövrdən əldə etdikləri nailiyyətləri, uğurları barədə ətraflı məlumat verib. Bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Respublikada və dünyanın bir çox ölkələrində keçirilən Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından geniş söhbət açıb. Bu göstəricilərin daha da yüksəlməsi üçün lazımi şəraitin hazırlandığını və yeni tədris ilini də uğurla başa vuracaqlarını bildirib. F.Məmmədli ötən tədris ilində Quba Özəl Türk Liseyində keçirilən “Uğurlarımızın təqdimatı” adlı tədbirdə iştirak etdiyini və liseydə şagirdlər üçün hazırlanmış şərait ilə yaxından tanış olduğunu bildirib. Liseyin fəaliyyətindən və şagirdlərin nizam-intizamından razı qaldığını söyləyib. Quba ÖTL-nin müəllim və şagird kollektivinə təhsildə yeni-yeni uğurlar diləyib. Sonra Mustafa Alagözoğlu Azərbaycan Daxili İşlər Nazirliyinin Quba Rayon Polis İdarəsinin rəisi Fuad Məmmədliyə Quba Özəl Türk Liseyinin  xatirə hədiyyəsini təqdim edib.



Daha sonra Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu Daxili İşlər Nazirliyinin Xaçmaz Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli ilə görüşüb. Görüşdə Quba ÖTL-nin müdiri M. Alagözoğlu rəhbərlik etdiyi təhsil ocağında şagirdlər üçün hazirlanmış şəraitdən, tədrisin və nizam- intizamın yüksək səviyyədə qurulmasından şagirdlərinin əldə etdiyi nailiyyətlərdən, uğurlardan danışıb. Məktəblilərinin Beynəlxalq Fənn  Olimpiadalarında layiqli yerləri tutmalarından və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamalarından ətraflı söhbət açıb. Şəhriyar Şəmşirli liseyin uğurları həmişə onu da sevindirdiyini nümunəvi təhsil ocağı kimi yüksək qiymətləndirdiyini bildirib və təhsildə nailiyyətlər arzulayıb.
www.cag.az

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde