AZƏRBAYCAN - TÜRKİYƏ MÜNASİBƏTLƏRİNİN ELMİ, SİYASİ, MƏDƏNİ VƏ İQTİSADİ İSTİQAMƏTLƏRİ, BUGÜNKÜ VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR
ÜCRETSİZ İNDİREBİLİRSİNİZ
FREE EBOOK DOWNLOAD
Gənc Tədqiqatçılar və Tələbələr Arası Elmi Məqalə Müsabiqəsinin Materialları
Format: A5
Nəşr ili: 2003
2002-2003-cü tədris ili Qafqaz Universiteti üçün çox əhəmiyyətli bir il olmuşdur. Çünki bu tədris ilində universitetin fəaliyyətə başlamasının10 ili tamam olmuşdur. Bu 10 ilin işığında bu tədris ilində bir çoxbeynəlxalq konfrans və seminar, bədii və idman tədbirləri ilə yanaşı,keçirilən əhəmiyyətli tədbirlərdən biri də gənc tədqiqatçılar və universitettələbələri arasında “Azərbaycan - Türkiyə münasibətlərinin elmi,siyasi, mədəni və iqtisadi istiqamətləri, bugünkü vəziyyət vəperspektivlər” - elmi məqalə yarışması olmuşdur.
Qafqaz universiteti Azərbaycanda fəaliyyət prinsipinə uyğun olaraq hər zaman Azərbaycan və Türkiyənin dostluq münasibətlərinə böyük əhəmiyyət vermiş və bukörpüləri elmlə, mədəniyyətlə və təhsillə daha da möhkəmləndirməyə çalışmışdır. Bu istiqamətdəki fəaliyyətlərdən olan bu müsabiqənin keçirilməsində məqsəd Türkiyə və Azərbaycan arasında var olan elmi, iqtisadi, siyasi və mədəni əlaqələrə tədqiqatçıların və tələbələrin münasibətini öyrənmək, onların bu istiqamətdəki fikir və təkliflərinə tərcüman olmaqdır.
http://qu.edu.az/library.php?link=83&action[book_view]=98