Qafqaz Universiteti Menecment Bölmesi Haqqında Melumat
Hazırda elm və texnologiyanın hökm sürdüyü və qloballaşmanın bütün dünya ölkələrinə diqtə etdiyi bir dövrdə yaşayırıq. Bu konteksdə müəssisələr davamlı dəyişən bazar şərtlərinə düzgün cavab verə biləck gənc, dinamik və lider insanlara ehtiyac duymaqdadırlar. Bölmə olaraq rəqabətin artdığı günümüzdə müəssisələrin peşakar menecerlərə daha çox ehtiyacı olduğuna inanırıq və bu istiqamətdə iş dünyası ilə sıx əlaqələri qoruyaraq təhsildə sənaye əmakdaşlığına əhəmiyyət veririk.
Bölmənin dərs proqramının hazırlanmasında inkişaf etmiş ölkələrin ali mək-təblərinin təcrübəsindən istifadə edilmişdir. Dərs proqramımız effektli ünsiyyət qura bilən və fərdi bacarıqlara sahib, ictimai məsuliyyət şüuru ilə davamlı inkişaf hədəfi güdən professional idarəçilər yetişdirmək istiqamətində hazırlanmışdır. Bu proqram məzun namizədlərimizin əlavə dəyər əlavə edəcək şəkildə periodik olaraq nəzərdən keçirilməkdə və yenilənməkdədir.
Dr.Firudun Sultanov
Menecment Bölmesinin Müdiri