Nizami rayon Polis rəisi ilə görüş

Yanvarın 18-də “Dədə Qorqud” Özəl Türk Liseyinin müdiri Turan Güneri Bakı şəhəri Nizami rayon Polis rəisi Nofəl Məhərrəmovla görüşüb. Görüş zamanı T. Güneri Polis rəisinə liseyin fəaliyyətə başladığı dövrdən əldə etdikləri nailiyyətləri, uğurları barədə ətraflı məlumat verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Respublikada və dünyanın bir çox ölkələrində keçirilən Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından geniş söhbət açıb. Bu göstəricilərin daha da yüksəlməsi üçün lazımi şəraitin hazırlandığını və yeni tədris ilini də uğurla başa vuracaqlarını bildirib. Nizami rayon Polis rəisi N. Məhərrəmov liseyin əldə etdiyi uğurlardan məmnun olduğunu bildirib və onlara tədrisdə uğurlar arzulayıb.
www.cag.az

 

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde