Bakı Özəl Türk Liseyində valideynlərlə görüş

Yanvarın 29-da Bakı Özəl Türk Liseyində “Çağ” Öyrətim İşlətmələri Şirkətinin Baş pedaqoji müşaviri Nazim Əkbərov liseydə təhsil alan şagirdlərin valideynləri ilə görüş keçirdi. Görüşdə Nazim Əkbərov valideynlərlə “Məktəb-Ailə işbirliyinin təlim-tərbiyə prosesində təsiri” mövzusunda çıxış etdi. N. Əkbərov ailə-məktəb və cəmiyyət arasında şagirdlərin təlim -tərbiyə işinin düzgün qurulması, valideyn- müəllim, valideyn - məktəm əlaqələrinin intensivləşdirilməsindən və digər bu kimi zəruri məsələlərin həlli yollarından danışdı. Valideynlərə daima yeniləşən, müasirləşən təhsildə baş verən prosseslər barədə ətraflı söhbət açdı, onları düşündürən sualları cavablandırdı. Olduqca səmimi və maraqlı keçən görüşdə müasir təhsil sisteminin elektronlaşması valideynlərin övladlarını istədiyi vaxt dərsə davamiyyətini, davranışını izləməsinə şərait hazırlandığı barədə məlumat verdi. N. Əkbərov çıxışında bildirdi ki, valideyn-müəllim əlaqəsinin zəif olması təlim-tərbiyə prosesinə mənfi təsir göstərir. Bu da şagirdin gələcəyini şübhə altına alır.Nəticədə onlar cəmiyyətdə baş verən xoşagəlməz hadisələrin qurbanına çevrilirlər. Bu zaman valideyn şagirdin təhsil aldığı tədris müəssisəsini deyil özünü günahlandırmalıdır. Bu və ya digər belə hadisələrin baş verməmsi, və bunun qarşısının vaxtında alınması üçün valideynlər mütamadi olaraq müəllimlərlə əlaqə saxlamalıdırlar.  

  www.cag.az

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde