Qafqaz Universitetində Sumqayıt məktəbliləri arasında keçirilmiş fənn olimpiadası şəhər turunun qalibləri ilə görüş olmuşdur.
Qafqaz Universitetində Sumqayıt məktəbliləri arasında keçirilmiş fənn olimpiadası şəhər turunun qalibləri ilə görüş olmuşdur.
Görüşdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç rəhbərlik etdiyi ali məktəb barədə məlumat vermiş, universitetdə təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərə toxunmuş, fənn olimpiadasının şəhər turunun qaliblərinə yeni uğurlar arzulamışdır.
IX-- XI sinif şagirdləri 7 fənn- Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə yarışmışlar. Bu il yanvarın 11-də keçirilən bilik yarışının şəhər turunun sonuncu mərhələsində 33 şagird qalib adı qazanmışdır. Onlar martda keçirilməsi nəzərdə tutulan fənn olimpiadasının respublika turunda iştirak edəcəklər.
Görüşdə fənn olimpiadasının şəhər turunun qaliblərinə hədiyyələr təqdim olunmuşdur